“Samsung”un gəlirləri iki dəfə artıb

30-10-2009 / 18:49

Cənubi Koreyanın “Samsung Electronics Co.” şirkətinin mənfəəti bu ilin III rübündə iki dəfədən çox artaraq 3,72 trln. von (3,14 mlrd. dollar) təşkil edib.

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə “Samsung”un yaydığı press-relizdə məlumat verilir.
Ötən ilin müvafiq dövründə şirkətin mənfəəti 1,22 trln. von (1,02 mlrd. dollar) olub.

Hesabat dövründə “Samsung”un gəlirləri 29% artaraq 24,86 trln. von (20,95 mlrd. dollar) təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 19,3 trln. von (16,26 mlrd. dollar) olub.

Bu isə onu göstərir ki, “Samsung” bu ilin I rübündə qlobal iqtisadi böhran nəticəsində uğradığı zərəri kompensasiya etməyə nail olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə