Previous Next
Bağla

Microsoft, Google və Nokia mənfəətin azalmasını bildirirlər

23-01-2009 10:54
Microsoft, Google və Nokia mənfəətin azalmasını bildirirlər

Microsoft, Google və Nokia şirkətləri ötən rübə dair maliyyə hesabatlarını təqdim ediblər. Gözlənildiyi kimi, ötən rübün yekunları üzrə şirkətlərin mənfəətləri xeyli azalıb.

Microsoft-un məlumatlarına əsasən, ötən rübdə şirkətin təmiz gəliri 4,17 milyard ABŞ dolları və ya bir səhmə görə 47 sent təşkil edib. Qeyd edək ki, ötən ilin həmin dövründə bu göstəricilər 4,71 milyard dollar və ya bir səhmə görə 50 sentə bərabər idi. İkinci maliyyə rübündə Microsoft-un satış həcmi 16,5 mlrd. dollar olub.

Şirkətdə qeyd edirlər ki, Microsoft qlobal iqtisadi problemlərdən sığortalanmayıb, www.cybersecurity.ru yazır.
Google şirkətinin ötən ilin 4-cü rübünə dair maliyyə hesabatı isə analitiklərin proqnozlarından yaxşı olmasına baxmayaraq, ötən illə müqayisədə ciddi enmənin qarşısını almaq mümkün olmayıb. Belə ki, hesabat dövrü ərzində şirkətin təmiz gəliri 382,4 milyon dollar təşkil edib ki, bu isə bir səhmə görə 1,21 dollar deməkdir. Bu göstərici, 4,96-5,10 dollar səviyyəsində verilən optimistik proqnozlardan olduqca aşağıdır. Lakin Google-da qeyd edirlər ki, AOL və Clearwire şirkətlərinə investisiyalarla bağlı 1,09 milyard dollar məbləğində silinmələri nəzərə almaq lazımdır. Nəticədə ötən illə müqayisədə  Google-un mənfəəti 68% aşağı düşüb.

Nokia şirkətinin təqdim etdiyi maliyyə hesabatında mütəxəssislərin proqnozlarında daha kəskin ziyan müşahidə olunur. Hesabatın təqdim olunmasından qabaq demək olar ki bütün birja analitikləri Nokia-nın mənfəətinin təxminən 50% enəcəyini proqnozlaşdırırdılar. Əslində isə Nokia hətta bu neqativ göstəriciləri də geridə qoyub.

Belə ki, dördüncü rüb ərzində Nokia-nın mənfəəti 576 milyon avroya və ya bir səhmə görə 15 sentədək enib. Bir il qabaq bu göstərici 1,84 milyard avro və ya bir qiymətli kağıza görə 47 sent təşkil edirdi. Analitiklər gözləyirdilər ki, şirkət heç olmasa 975 milyon avro əldə edə biləcək. Şirkətin ümumi satış həcmi 20% azalıb.
 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nokia-nın mənfəəti 30% azalıb

17-10-2008

“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010

Proqram təminatçısının satış həcmi 3 ayda 20 milyard dollara çatıb!

02-02-2011

Dünyanın ən iri proqram təminatçısının mənfəəti 1,8 milyard dollar artıb

30-10-2010

Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

27-12-2010

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010

Samsung Electronics üçüncü rübün yekununa görə rekord gəlir qazanıb

25-10-2013

Applenin növbəti uğuru

21-07-2010

“Google” mənfəətini artırdı

15-10-2010

Samsung-un mənfəəti 83% faiz artıb

31-07-2010

Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

16-02-2011

Android ən populyar mobil ƏS olub

14-02-2011

“Samsung”un gəlirləri iki dəfə artıb

30-10-2009

"Google" bu ilin birinci rübündə nə qədər gəlir əldə edib?

15-04-2011

"Apple" şirkəti rekord vurub

23-07-2010

“Nokia” 1800 əməkdaşını ixtisar edib

22-10-2010

Mobil telefon aləmində lider dəyişir

08-04-2011

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

Google – yenidən dünyanın ən bahalı brendi oldu

17-10-2008

İnnovasiyalara ən çox sərmayə yatıran şirkətlərin adı açıqlanıb

27-10-2013

Facebookun bu ilki gəliri 2 milyard dollardır

18-12-2010

“Samsung”un xalis mənfəəti ötən il 65% artıb

28-01-2011

Nokia smartfonlarının satış həcmi açıqlandı

22-10-2013

2009-cu ildə mobil telefonların satış həcmi azalacaq – Gartner

26-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə