Previous Next
Bağla

SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

12-01-2016 11:34
SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

Bakı Ali Neft Məktəbində (BANM) SAP-ın regional Təlim Mərkəzi yaradılır.

 Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, bu barədə BANM-in rektoru Elmar Qasımov və SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer arasında razılıq əldə olunub.

Təlim Mərkəzinin yaradılmasında məqsəd SAP Tədris Mərkəzinin akademik nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanmaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənmək və SAP texnologiyaları əsasında ən yeni layihələrin həyata keçirilməsidir. Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar.

Təlim Mərkəzinin fəaliyyəti BANM-in professor-müəllim heyəti və tələbələri ilə yanaşı, eyni zamanda bütövlükdə region üçün nəzərdə tutulur.

Beləliklə, BANM sənayeni və müəssisələri yüksək ixtisaslı mütəxəssislərlə təmin edən, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksək dərəcəli neft və qaz sənayesi yönümlü mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi (BANM) və SAP arasında imzalanan müqavilə əsasında Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesindəki gənc mütəxəssislərə dünyanın aparıci neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Həmçinin, ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsədə nail olmaq üçün imkan yaradacaq. BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur. Tələbələr təlim və müsabiqələr zamanı öz biliklərini göstərə biləcəklər, həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramlar, elmi seminarlar və simpoziumların təşkili nəzərdə tutulur.

Xebreler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

15-12-2015

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016

Bakı Ali Neft Məktəbində “Google”-un Proqramçı Tələbələr Klubu yaradılacaq

07-09-2020

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

15-05-2020

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

16-05-2022

BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

26-04-2025

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə ABB əməkdaşlığa başladı

18-06-2022

BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

18-02-2025

BANM “Teknofest 2025”də uğurlarına görə ən güclü ali məktəb oldu

26-09-2025

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27-11-2020

BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

08-04-2025

SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

12-06-2023

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

Azərbaycan universitetləri arasında “Kiber klub” yaradılıb

17-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə