Previous Next
Bağla

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

16-05-2022 14:08
BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Bakı Ali Neft Məktəbində (BANM) olub, Ali Məktəbin kampusunda bp və tərəfdaşlarının BANM-ə hədiyyə etdiyi laboratoriyaya baş çəkib.

 

Xeberler.az məlumat verir ki, qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəb fəaliyyətə başlayandan bp şirkəti daim dəstəyini göstərib və BANM-lə bp arasındakı əməkdaşlıq ən yüksək səviyyədə həyata keçirilir: “BP ilə uğurlu əməkdaşlığın göstəricilərindəndir ki, hər il onlarla tələbəmiz bu şirkətdə təcrübə keçir. Hazırda bp-də kifayət qədər BANM məzunu çalışır. BP əməkdaşları BANM-də tədrisdə iştirak edir, bizim müəllimlər bp-nin layihələrinə qatılırlar. Ali Məktəbimizə BP və tərəfdaşlarının göstərdiyi dəstəkdən çox məmnunuq”.

 

BANM-də əmək bazarının tələblərinə uyğun ixtisaslarda kadrlar hazırlandığını bildirən rektor bərpaolunan enerji üzrə də kadr yetişdirilməsinin planlaşdırıldığını, Azərbaycanda bu sahədə ingilis və Azərbaycan dillərində yeganə dərsliyin də Ali Məktəb tərəfindən dərc ediləcəyini vurğulayıb. Elmar Qasımov siqnal nüsxəni Qəri Counza təqdim edib.

 

Professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edən Qəri Counz BANM-in fəaliyyətini və sıx əməkdaşlığı yüksək qiymətləndirərək şirkətin Azərbaycanda fəaliyyətinin 30 illiyi münasibətilə və əməkdaşlığın inkişafına göstərilən dəstəyə görə Təşəkkürnamə təqdim edib. Qeyd edilib ki, bu Təşəkkürnamə ilk olaraq BANM-ə təqdim edilib.

 

Bakı Ali Neft Məktəbinin ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən olduğunu qeyd edən BP-nin regional prezidenti bildirib ki, burada tələbələr beynəlxalq standartlara uyğun təhsil alaraq peşəkar kadr kimi yetişirlər.

O, tələbələrə BP-nin Azərbaycandakı 30 illik fəaliyyəti, mühüm enerji layihələrinin operatoru olaraq həyata keçirdiyi işlər, enerjinin gələcəyi, gələcək trendlər, tələb olunan bacarıqlar barədə məlumat verib. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və digər neft-qaz layihələrinin operatoru olaraq BP-nin Azərbaycanda 30 ildir layihələri təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyini bildirən Qəri Counz, həmçinin işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin tikintisi layihəsi, ümumilikdə Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı, BP-nin enerji siyasəti, bərpaolunan enerji üzrə peşəkar mütəxəssislər yetişdirilməsi üçün dərslik hazırlanmasına dəstək və “yaşıl enerji”yə keçiddə əməkdaşlıqdan danışıb, tələbələrə tövsiyələrini verib, onların suallarını cavablandırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023

Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

16-02-2023

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019

BANM “Teknofest 2025”də uğurlarına görə ən güclü ali məktəb oldu

26-09-2025

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025

BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

18-02-2025

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025

Bakı Ali Neft Məktəbində “Google”-un Proqramçı Tələbələr Klubu yaradılacaq

07-09-2020

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015

BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb

08-01-2025

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023

SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

12-01-2016

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

15-12-2015

BANM tələbələri Microsoft sertifikatı alıb

19-04-2016

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

30-09-2016

BANM-də “TEKNOFEST-2024”ün qalibləri ilə görüş olub

24-10-2024

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

15-05-2020

BANM komandaları İtaliyanın “Maire” şirkətinin müsabiqəsində qalib olub

03-04-2025

BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

19-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə