Previous Next
Bağla

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

15-12-2015 11:51
SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

Bakı Ali Neft Məktəbində (BANM) müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP və Azərbaycanın neft - qaz sahəsində aparıcı şirkət olan SOCAR-ın strukturunda yaranmış Bakı Ali Neft Məktəbi (BANM) arasında strateji əhəmiyyət daşıyan müqavilə imzalanıb.

Universitetin  mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata  görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun və SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauerin imzaladıqları müqaviləyə əsasən, BANM SAP Universitetlər Alyansının üzvü olur.

Bu razılaşma Azərbaycanın neft və qaz sənayesində gənc mütəxəssislərinə dünyanın aparıcı neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Belə ki, SAP-ın tətbiqi proqramları “Fortune-500” siyahısına daxil olan bütün neft və qaz şirkətlərində, eləcə də, Azərbaycanın ÜDM-nin 50% təşkil edən SOCAR-da istifadə olunur.

BANM-in professor-müəllim heyəti və tələbələri Ali Məktəbin tədris prosesi üçün nəzərdə tutulmuş SAP Tədris Mərkəzinin Akademik Nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanacaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənəcək və SAP texnologiyaları əsasında ən yeni layihələrini həyata keçirə biləcəklər. Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar.

BANM sənayeni və müəssisələri yüksəkixtisaslı mütəxəssislərlə təmin edəcək, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksəkdərəcəli neft və qaz sənayesi yönümlü mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir. BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur. Tələbələr təlim və müsabiqələr zamanı öz biliklərini göstərə biləcəklər, həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramlar, elmi seminarlar və simpoziumların təşkili nəzərdə tutulur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

12-01-2016
Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015
Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024
Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016
Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

15-05-2020
Bakı Ali Neft Məktəbində “Google”-un Proqramçı Tələbələr Klubu yaradılacaq

Bakı Ali Neft Məktəbində “Google”-un Proqramçı Tələbələr Klubu yaradılacaq

07-09-2020
BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

26-04-2025
SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

12-06-2023
AzTU SAP Universitetlər Alyansına üzv oldu

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024
BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

BANM rektoru “TEKNOFEST-2025”də iştirak edəcək tələbələrlə görüşüb

02-05-2025
               Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022
Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

12-02-2019
         Bakı Ali Neft Məktəbinin  5 komandası “Teknofest”in finalında

Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

28-03-2023
Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015
BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

BANM “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

19-03-2024
BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

18-02-2025
XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024
BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

16-05-2022
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025
BANM “Teknofest 2025”də uğurlarına görə ən güclü ali məktəb oldu

BANM “Teknofest 2025”də uğurlarına görə ən güclü ali məktəb oldu

26-09-2025
Bakı Ali Neft Məktəbində “Master Technology Transfer Program”ına həsr olunmuş tədbir keçirilib

Bakı Ali Neft Məktəbində “Master Technology Transfer Program”ına həsr olunmuş tədbir keçirilib

16-10-2024
BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

08-04-2025
SOCAR-ın  Bakı Ali Neft Məktəbi ilə ABB əməkdaşlığa başladı

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə ABB əməkdaşlığa başladı

18-06-2022
Bakı Ali Neft Məktəbinin 2  komandası "Teknofest"də birinci yeri tutub

Bakı Ali Neft Məktəbinin 2 komandası "Teknofest"də birinci yeri tutub

30-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə