“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

23-02-2016 / 10:41

ASAN xidmət və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir.

Bu gündən  etibarən Səyyar ASAN xidmət Bakı şəhəri Sabunçu rayonunda yerləşən 252 saylı orta məktəbin qarşısında məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, aksiya çərçivəsində 15 gün müddətində səyyar avtobus vasitəsilə Sabunçu rayonunda yerləşən 13 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır. Qeyd edək ki, bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.

Aksiyanın məqsədi şagirdlərin ASAN xidmət mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə