Səyyar ASAN Kommunal Zabratda

13-08-2018 / 16:36

14 avqust – 14 sentyabr 2018-ci il tarixində Səyyar ASAN xidmət çərçivəsində Azəriqaz İstehsalat Birliyi tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

Xeberler.az məlumat verir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə ASAN Kommunal standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Belə ki, vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. ASAN xidmət-in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya bu linkə daxil olmaqla əldə etmək olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə