Previous Next
Bağla

SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

06-10-2022 15:31
SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

Xeberler.az bildirir ki, ümumilikdə 12-si dövlət qurumu olmaqla, 60-dan çox müəssisə SİMA yeni nəsil rəqəmsal imzanın xidmətlərindən yararlanmaq məqsədilə inteqrasiya həyata keçirir.

Hazırkı mərhələdə maliyyə-bank sahəsində fəaliyyət göstərən 9 özəl şirkət, 4 dövlət qurumu, 2 elektronika mağazaları şəbəkəsi və 1 mobil operatorla inteqrasiya prosesi real mühitdə davam edir.

Xidmət mərkəzlərində və ya elektron qaydada fəaliyyət göstərən dövlət qurumları öz xidmətlərini rəqəmsal platformaya daşımaqla vətəndaş məmnuniyyətinin yüksəldilməsini, kommersiya müəssisələri isə müştəri sayının artırılmasını, zamandan və məkandan asılı olmayaraq keyfiyyətli xidmət göstərilməsini təmin edir. Bu qurumların rəqəmsal platformalara transformasiyasında SİMA yeni nəsil rəqəmsal imza səmərəli və daha əlçatan həllər təqdim edir.

Bu günədək isə maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC öz xidmətlərinin daha əlçatan olması və müştərilər tərəfindən çevik əldə edilməsi üçün SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyanı yekunlaşdırıb.

Həmçinin sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat” öz məhsullarını SİMA imza vasitəsilə təqdim edir.

Eyni zamanda, vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər.

Elektron Hökumət Portalına inteqrasiya nəticəsində SİMA rəqəmsal imza vətəndaşlara dövlət qurumlarının elektron xidmətlərindən daha rahat və çevik yararlanmaq imkanı verir.

SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.

Türkiyənin ən böyük elektron sənəd dövriyyəsinə sahib olan “Etik İmza” şirkətinin Azərbaycan nümayəndəliyi olan “Etik İmza Baku” bulud platforması ilə inteqrasiya nəticəsində Azərbaycan vətəndaşları istənilən sənədi bu sayta yükləyib SİMA ilə imzalaya bilirlər. Həmçinin həmin sənədi müvafiq qurumlara göndərmək və ya istənilən şəxslə paylaşmaq mümkündür.

SİMA ilə FINDOC platformasına daxil olan vətəndaşlar özlərinin kredit skorunu, tarixçələri və hesabatı əldə edə bilərlər.

SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SİMA-ya yeni funksionallıq əlavə edildi

20-10-2022

“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başladı

29-08-2022

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu

08-08-2022

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

05-05-2022

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu

11-04-2022

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

02-08-2022

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

06-06-2023

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Artıq “Azercell” abunəçiləri internetsiz SİMA-dan istifadə edə biləcəklər

09-08-2023

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza” ilə MİDA-nın “Güzəştli mənzil” sistemindən ev əldə et!

17-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə