“Şirkətlər müştərilərin Facebook-dakı müraciətlərinin 87 faizini cavablandırmır”

25-06-2015 / 15:04

Şirkət müştərilərinin Facebook sosial şəbəkəsində etdikləri müraciətlərinin çox hissəsi cavabsız qalır.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrin analitikası və hesabatlılığı ilə məşğul olan Locowise şirkətinin yeni hesabatında deyilir.

Şirkət mütəxəssisləri 900-dən çox səhifəni öyrənərək şirkətlərin Facebook-dakı müştəri xidmətlərinin qeyri-qənaətbəxş olmasını müəyyən ediblər.

Tədqiqatın ən yaddaqalan nəticəsi isə müraciətlərin 87 faizinin cavablandırılmaması olub.

İnzibatçıları müştərilərin müraciətlərini cavablandırmağa məsul olan səhifələr arasında onlar bunu seçim ilə etməklə yalnız 37 faizinə cavab verirlər.

Digər istifadəçilər tərəfindən şərhlərin dərc edilməsi imkanını ləğv edən səhifələrin 65 faizi müştərilərə ümumiyyətlə cavab vermir.

Digər tərəfdən şirkətlər müştərilərin suallarını cavablandıran zaman bunu tez edirlər. İnzibatçıları müştərilərin müraciətlərini cavablandıran bütün səhifələr arasında cavabların 33 faizi sual dərc edildikdən 60 dəqiqə, 12 faizi 1-2 saat, 15 faizi 2-4 saat sonra daxil olub.

Locowise mütəxəssisləri qeyd edir ki, təqdim edilən məlumatlar şirkətlərə Facebook-da hazırkı müştəri xidmətləri barədə informasiya əldə etməyə imkan verir. Təşkilat müştərilərin müraciətlərinə cavab verməyən şirkətlərin 87 faizinə aiddirsə, onun əməkdaşları məlumatların emalı məsələsini yenidən nəzərdən keçirməli və ya ümumiyyətlə səhifədə digər istifadəçilər tərəfindən şərhlərin dərc edilməsi imkanını ləğv etməlidir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə