Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub.
Bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə artıq “e -agro” Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi və “Bakı Sığorta” Agentliyi də qoşulub. Bununla da fermerlər və sığorta etdirənlər ödənişlərini “SmartPay” vasitəsilə rahat şəkildə həyata keçirə biləcəklər.
Fermerlərin elektron ödənişlər üçün smartpay.az saytı üzərindən axtarış bölməsində yalnız “e-agro” yazaraq müvafiq məlumatları daxil etmələri kifayətdir. Ödənişləri şəxsiyyət vəsiqəsinin FİN kodu və ya VÖEN məlumatları üzrə həyata keçirmək mümkündür. “Bakı Sığorta”ASC-nin müştəriləri isə kasko sığortalarını etmək üçün “Sığorta xidmətləri” bölməsindən “Bakı Sığorta”nı seçməlidirlər. “Bakı Sığorta” bölməsinə kliklədikdən sonra müqavilə üzrə müştəri kodu müvafiq xanaya yazılmalıdır.
Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri "Play Store"da “SmartPay Wallet” yazıb axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.
“SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. Bu xidmət vasitəsilə “SmartPay” terminallarından və 1425 poçt filialından ödəniş etmək mümkündür. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.
“SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və s. kimi xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, ödənişlərin qəbzlərini yaddaşda saxlamaq istəyən istifadəçilərə qeydiyyatdan keçmək və əməliyyatları şəxsi kabinet üzərindən etmək tövsiyə olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri