Previous Next
Bağla

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018 13:36
Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

Sumqayıt şəhərində bir mərkəzdən telekommunikasiya və poçt xidmətləri göstərən ilk Şəbəkə mərkəzi vətəndaşların ixtiyarına verilib.

Xeberler.az məlumat verir ki, artıq Sumqayıt şəhər sakinləri Heydər Əliyev prospektində yerləşən Şəbəkə-nin xidmətlərindən istifadə edə bilərlər.

Bel əki, vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstəriləcək. Bununla da respublika üzrə fəaliyyət göstərən Şəbəkə xidmət mərkəzlərinin sayı 8-ə çatıb. Bu mərkəzlərdən 5-i paytaxt Bakıda, 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.

Qeyd edək ki, növbəti mərhələdə Şəbəkə mərkəzlərinin Bakının bütün rayonlarında və ölkənin digərnərazilərində də yaradılması istiqamətində işlər davam etdirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Şəbəkə xidmət mərkəzlərində nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

Bildirək ki, Şəbəkə mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza , poçt markası, zərf və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər.

Həmçinin, SmartPay ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür. Şəbəkə mərkəzlərinin yaradılmasında əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsidir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

08-02-2019

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018

Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

29-10-2019

Nazirlik yeni Şəbəkə mərkəzləri açdı-Foto

05-06-2017

Bakıda poçt şöbələrinin sayı 181-ə çatdırılacaq

08-01-2024

Poçt rabitəsinin yaradılmasından 202 il ötür

01-06-2020

Prezident “Şəbəkə” xidmət mərkəzinin açılışında iştirak edib-Yenilənib

10-02-2017

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir

09-04-2020

Rabitə xidmətləri üzrə ödənişlər yalnız onlayn qəbul ediləcək

19-01-2017

Poçt şöbələri növbəli iş rejimində fəaliyyət göstərir

30-03-2020

“Şəbəkə”dən istifadə edənlərin sayı 10 minə çatıb

01-03-2017

Xüsusi karantin rejimi müddətində poçt şöbələri bazar günü də işləyəcək

18-04-2020

Yeni Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı-Foto

11-12-2017

“Azərpoçt” növbəli rejimdə fəaliyyət göstərəcək

08-11-2020

“Şəbəkə” xidmət mərkəzləri və bəzi poçt şöbələri bayram günləri də xidmət göstərəcək

30-07-2020

Vətəndaşların saatlarla növbə gözləməsinə Mərkəzi Poçtdan münasibət

12-11-2018

“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

30-12-2020

Poçt şöbələrinin iş vaxtı uzadıldı

24-04-2020

“Azərpoçt” profilaktik tədbirləri davam etdir

20-03-2020

“Naxçıvanpoçt” xidmət səviyyəsini genişləndirir

08-09-2024

Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

19-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə