“SMS ŞANS” kampanıyası davam edir

23-04-2009 / 16:51

“Azercell Telekom” MMC-nin abonentlər tərəfindən maraqla qarşılanan “SMS ŞANS” kampanıyası davam edir.

Hər mesaj göndərən abonentə müxtəlif məbləğdə pul hədiyyələri və tanınmış türk müğənnilərinin konsertlərinə bilet qazandıran lotereya kampaniyasının yeddinci tirajı keçirilib.

Şirkətdən xeberler.az-a verilən məlumata əsasən tiraj nəticəsində 300 abonent 30 AZN, 30 abonent 300 AZN, bir abonent- 050 6112292 nömrənin sahibi 3000 AZN qazanıb. Bundan əlavə, 50 abonent iyunun 1-də H.Əliyev adına Sarayda keçiriləcək türk müğənnisi Murat Bozun konsertinə 100 ədəd bilet əldə edib.

“Azercell”-in “SMS ŞANS” kampanıyasının iştirakçısı olmaq üçün dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməyiniz kifayətdir.

Qeyd edək ki,“SMS ŞANS” kampanıyası may ayının 22-dək davam edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə