“Sosial servislərin tədris prosesində rolu” mövzusunda Dəyirmi Masa keçiriləcək

04-04-2012 / 12:21
Multimedia Mərkəzi 05 aprel 2012-ci il tarixdə  “Sosial servislərin tədris prosesində rolu”  mövzusunda Dəyirmi Masa  təşkil edəcək. Dəyirmi Masa  “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.

Dəyirmi Masanın  keçirilməsində əsas məqsəd sosial media alətlərindən, İnternet texnologiyalardan təhsil məqsədləri üçün effektiv istifadə mexanizmlərinin  hazırlaması,  informasiyalaşma prosesinə metodiki-informasiya dəstəyinin göstərilməsi ətrafında müzakirələr təşkil etməkdir.

Dəyirmi Masada  Sosial servislərin tədris prosesində effektiv istifadəsi, müəllimlər üçün sosial servislər və şəbəkə cəmiyyətləri  ilə bağlı Təqdimatlar olacaq . Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumatlar veriləcək.

Multimedia Mərkəzi bildirir ki, Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi və “Elektron məktəb” Layihəsinə qoşulan təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində gerçəkləşəcək.

Dəyirmi Masada təhsil müəssisələrinin, müvafiq dövlət qurumlarının,  Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların  nümayəndələrinin iştirakı nəzərdə tutulur.

xeberler.az/Günel


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə