Previous Next
Bağla

İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

06-05-2013 13:34
İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb
İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı
Təlimlər başa çatıb
Multimedia Mərkəzinin həyata keçirdiyi “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda növbəti Təlimlər  başa çatıb. Təlimlər Mərkəz tərəfindən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilib.
Təlimlərdə 30 orta məktəb və liseylərdən 42 nəfərədək müxtəlif fənn müəllimləri iştirak edib.
Bir həftə davam edən Təlimlərdə müəllimlərə İnternet texnologiyalardan , xüsusilə Veb 2.0 texnologiyalarından və sosial servislərdən tədris prosesində effektiv istifadə üsullarını əhatə edən mövzular üzrə Təlimlər keçirilib.
Təlimlərin yekununda müəllimlər sosial İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə qaydaları, Bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması yolları, real vaxtda müxtəlif istifadəçilərin birlikdə fəaliyyətinə imkan verən sosial servislərdən istifadə qaydaları, təhsil məqsədləri üçün əhəmiyyət kəsb edən mobil texnologiyalar, uşaqların İnternetdə təhlükəsizliyi   və s. mövzular üzrə bilik və bacarıqlar əldə ediblər. İştirakçılar  təhsil yönümlü konkret audio və video alətlər, təqdimat alətləri, kollektiv redaktə alətləri, mobil tətbiqlər üzrə praktiki tapşırıqlar yerinə yetiriblər.
Təlimlərin yekununda müəllimlər konkret mövzular üzrə hazırladıqları resursları nümayiş etdiriblər.
Təlimlər təhsil və yeni media sahəsində ekspertlər Ramil Süleymanov, Aygün Əzizova, Rahilə Əliyarzadə, Almaz Həsrət,  Rəşad Əliyev, Azər  Nəzərov və Osman Gündüz tərəfindən aparılıb.
Təlimləri uğurla başa vuran 39 nəfər müəllimə Sertifikatlar təqdim edilib. Sertifikatların təqdim edilməsi mərasimində Təhsil nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanov, İREX –in Yeni Media Proqramının nümayəndəsi Ələsgər Məmmədli və 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən AİF-in prezidenti və Multimedia Mərkəzinin direktoru Osman Gündüz Layihəyə göstərdiyi dəstəyə görə İREX, Təhsil sisteminin informasiyalaşdırması idarəsi və 132-134 saylı Təhsil kompleksinin rəhbərliyinə minnətdarlığını bildirib. O, gələcəkdə Layihənin Bakı şəhəri və regionlar üzrə davam etdirəcəklərini diqqətə çatdırıb.
Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi əməkdaşlıq şəraitində gerçəkləşib.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Təqdimat mərasimindən hazırlanan fotolar : https://www.facebook.com/multimediamerkezi
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayıb

10-04-2012

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayıb

30-04-2013

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda təlimlər başlayır

23-04-2013

Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

14-04-2012

İnternet texnologiyaların , sosial servislərin tədris prosesində rolu mövzusunda Dəyirmi Masa keçirilib

05-04-2012

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

Sosial servislərin tədris prosesində rolu ilə bağlı müzakirələr və təlimlər keçiriləcək

27-03-2012

“Sosial servislərin tədris prosesində rolu” mövzusunda Dəyirmi Masa keçiriləcək

04-04-2012

“Elektron məktəb” layihəsi çərçivəsində müəllimlər üçün İKT təlimləri keçirilir

07-05-2009

İKT üzrə təlimlər keçirilib

02-10-2018

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

17-05-2012

Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

18-11-2011

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

“Elektron təhsil” start götürdü

02-04-2012

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

06-04-2010

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011

Azərbaycanda Təhsil Portalı yaradılır

30-04-2009

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013

“Onlayn Media” Müsabiqəsinin təqdimat mərasimi keçirilib

11-12-2013

Milli Net -2010 Qaliblərinin adları açıqlandı

06-12-2010

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə