“SpaceX” kompaniyasına məxsus “Falcon 9” daşıyıcı raketi Avropanın “Galileo” proqramına aid iki naviqasiya peykini orbitə çıxarıb.
Xeberler.az məlumat verir ki, daşıyıcı raket ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:50-də Floridada ştatındakı Kanaveral burnundan start götürüb. Təxminən üç saat yarımdan sonra peyklər nəzərdə tutulan orbitə çıxarılıb.
Beləliklə, FM26 və FM32 peykləri Avropa İttifaqı və Avropa Kosmik Agentliyi tərəfindən 2016-cı ildə yaradılan Avropa naviqasiya sisteminin 23 min kilometr yüksəklikdə yerləşən qlobal orbital qruplaşmasına qoşulub.
Qeyd edək ki, 10 milyard avro dəyərində olan “Galileo” proqramının məqsədi Amerikanın GPS və Rusiyanın QLONASS sistemindən asılı olmayan yüksək dəqiqlikli naviqasiya sistemi yaratmaqdır. Peyklər bir metrədək dəqiqliklə məlumatlar ötürə bilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri