Previous Next
Bağla

Yeni müşahidə peykimizin istehsalçısı kim olacaq?-EKSPERT ŞƏRHİ

05-12-2022 21:58
Yeni müşahidə peykimizin istehsalçısı kim olacaq?-EKSPERT ŞƏRHİ
Məlumat verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bir sıra maraqlı açıqlamalar verib.
 
"Saməddin Əsədov növbəti "AzerSky2" peykinin SpaceX ilə orbitə qaldırıla biləcəyini istisna etməyib. Məlum olduğu kimi, hazırkı "Azersky1" peyki Hindistanın “Polar Satellite Launch Vehicle” daşıyıcı raketi ilə orbitə qaldırılmışdı. Görünür ki, Azərkosmos gələcəkdə Hindistanın bu qurumu ilə əməkdaşlığın davam etdirilməsini nəzərdə tutmur".
 
Bunu Xeberler.az-a Əsədovun açıqlamlarına münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
"Saməddin Əsədov hazırda ən sərfəli şərtlərin İlon Maskın şirkətinə mənsub olduğunu, lakin hələlik hansısa anlaşmaların olmadığını bildirib. Qurumun rəhbəri bununla bağlı tender olacağını açıqlayıb. Bəs yeni müşahidə peykimizin istehsalçısı kim olacaq? Artıq məlumdur ki, "AzerSky1" peykinin istehsalçısı olan Fransanın Airbus Defence and Space şirkəti ilə Azərkosmosun əməkdaşlığının davam etdirilməsi nəzərdə tutulmur. Bir neçə il öncə fəaliyyəti dayandırılan şirkətin bağlandığı da açıqlanıb. Şirkət müqavilə öhdəliklərini başa vuraraq Azərbaycanı tərk edib. Hələlik "Azərkosmos" peykin istehsalçısının hansı ölkə, hansı şirkət olacağını açıqlamayıb. Amma düşünmək olar ki, qurum yeni peykin istehsalını Azərbaycanın hərbi sahədə ən yaxın əməkdaşlıq etdiyi ölkələrlə birgə nəzərdə tutub",-deyə ekspert vurğulayıb. 
 
Ekspert xatırladıb ki, qarşıdan Azərbaycanın ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresi gəlir. Dünyanın kosmos ailəsinin 5000-dən çox iştirakçısı gələn ilin oktyabrında Bakıya toplaşacaq. Bu tədbirlə bağlı Prezidentin xüsusi sərəncamı var. Baş nazirin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb.
 
"Güman etmək olar ki, Azərbaycan bu beynəlxalq tədbirədək "AzerSky2" peykinin istehsalçısı və raketdaşıycısı məsələsini həll etsin və Konqres çərçivəsində müqavilələr imzalansın. Yeri gəlmişkən, artıq cari ildə Ermənistan da İspaniyan Satlantis şirkəti ilə birgə tələm-tələsik özünün kiçik ölçülü müşahidə peykini hazırlayıb və "SpaceX" ilə orbitə qaldıraraq kosmos ailəsinə qoşulub. Bir neçə ay öncə Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresdə ermənilər ilk dəfə olaraq nümayəndə statusunda iştirak ediblər. Maraqlıdır, görəsən gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Ermənistan nümayəndələri qatılacaqmı?".
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

08-02-2023
Yoxa çıxan AzerSky1 peykimizi hazırlayan Fransa şirkəti bizdən "küsübmü"?

Yoxa çıxan AzerSky1 peykimizi hazırlayan Fransa şirkəti bizdən "küsübmü"?

15-09-2023
"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023
Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022
Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

05-12-2022
Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

05-04-2024
“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

06-10-2023
Fransanın kosmik şirkəti Azərbaycanı niyə tərk edib?-EKSPERT ŞƏRHİ

Fransanın kosmik şirkəti Azərbaycanı niyə tərk edib?-EKSPERT ŞƏRHİ

25-11-2022
Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023
NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

09-02-2023
Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər

Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər

09-05-2023
İlon Mask və Ceff Bezos Bakıya gələ bilər

İlon Mask və Ceff Bezos Bakıya gələ bilər

06-12-2022
Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023
"Azersky" peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

"Azersky" peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

04-10-2023
Saməddin Əsədov: "Dövlət kosmik tədqiqatlar üçün gələcəkdə də əsas maliyyə mənbəyi olacaq"

Saməddin Əsədov: "Dövlət kosmik tədqiqatlar üçün gələcəkdə də əsas maliyyə mənbəyi olacaq"

02-10-2023
Beynəlxalq Astronavtika Konqresinə xaricdən 6 minə yaxın şəxs gələ bilər

Beynəlxalq Astronavtika Konqresinə xaricdən 6 minə yaxın şəxs gələ bilər

05-12-2022
Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022
2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024
“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

09-05-2023
 Milli peykimizin orbitdəki yeri müəyyənləşdi

Milli peykimizin orbitdəki yeri müəyyənləşdi

06-11-2010
Azərbaycanın növbəti peykinin dəyəri açıqlandı

Azərbaycanın növbəti peykinin dəyəri açıqlandı

06-12-2022
"Azərkosmos": Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

"Azərkosmos": Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

08-10-2024
Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

11-05-2023
Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

10-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə