Previous Next
Bağla

SpaceX xAI şirkətini satın alıb

04-02-2026 08:10
SpaceX xAI şirkətini satın alıb

SpaceX süni intellekt şirkəti xAI-ni satın aldığını açıqlayıb. xAI eyni zamanda X sosial şəbəkəsinin sahibidir. 

Xeberler.az Bloombergə istinadən məlumat verir ki, bu barədə Şirkətin saytında açıqlama dərc olunub. 

Açıqlamada Elon Mask bildirib ki, bu addım Yer üzündə və onun hüdudlarından kənarda “ən iddialı, vertikal inteqrasiya olunmuş innovasiya mərkəzini” yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, yeni struktur süni intellekti, raket texnologiyalarını, peyk internetini və informasiya mübadiləsi platformasını birləşdirəcək.

Mask qeyd edib ki, hazırda süni intellekt sahəsində irəliləyişlər böyük yerüstü məlumat mərkəzlərindən asılıdır və bu mərkəzlər yüksək həcmdə elektrik enerjisi və soyutma tələb edir. Yaxın perspektivdə Sİ üçün qlobal elektrik tələbatının yalnız yerüstü həllər hesabına ödənilməsi yerli icmalar və ətraf mühit üçün çətinliklər yarada bilər.

Onun qiymətləndirməsinə görə, 2–3 il ərzində süni intellekt üçün hesablama gücünün yaradılmasının ən ucuz yolu kosmos olacaq. Bu iqtisadi səmərəlilik innovativ şirkətlərə Sİ modellərinin öyrədilməsi və məlumatların emalı prosesini misli görünməmiş sürət və miqyasda genişləndirməyə imkan verəcək, eləcə də fizika sahəsində anlayışların dərinləşməsini və bəşəriyyətin xeyrinə texnologiyaların ixtirasını sürətləndirəcək.

SpaceX Starship raketləri vasitəsilə hər il orbitə “milyonlarla ton” faydalı yük daşımağı planlaşdırır. Maskın sözlərinə görə, hər ton üçün 100 kVt hesablama gücü yaradan peyklərin buraxılması sayəsində hər il süni intellekt üçün 100 QVt əlavə hesablama gücü əldə etmək mümkün olacaq və bu, cari istismar və texniki xidmət xərcləri olmadan həyata keçiriləcək.

Şirkət üçün əsas prioritetlərdən biri orbital məlumat mərkəzlərinin yaradılması olacaq. Bununla yanaşı, SpaceX Starlink peyk şəbəkəsinin inkişafını davam etdirəcək və “digər planetlərə uçuşlar”la bağlı planlarını qoruyub saxlayacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elon Mask X-i süni intellekt şirkətinə satıb

29-03-2025

İlon Muskın şirkəti kosmosun liderinə çevrilib

04-10-2023

Mask: “SpaceX” 2023-cü ildə orbitə bütün dünyadan 4 dəfə çox yük çatdıracaq

04-10-2023

"Google" və "SpaceX" orbital data mərkəzləri yarada bilər

13-05-2026

ABŞ Elon Musk-ın bu ideyasını da rəsmən təsdiqlədi

31-03-2018

İlon Mask sərvəti 800 milyard dolları keçib

04-02-2026

İlon Mask süni intellekt şirkəti yaradıb

12-07-2023

xAI şirkəti yeni süni intellekt agentini təqdim edib

16-05-2026

“SpaceX”in gəlirlərinin 15,5 milyard dollar olacağı proqnozlaşdırılır

04-06-2025

İlon Mask "Ulduz yolu"nu reallaşdırmaq istəyir

13-01-2026

“SpaceX” internet peyklərinin 200-cü qrupunu orbitə çıxarıb

31-10-2024

Elon Musk bütün dünyanı internetlə təmin edəcək

12-02-2018

“SpaceX”ın 40 peyki sıradan çıxıb

10-02-2022

"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb

03-12-2025

“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

19-02-2025

“SpaceX” orbitə daha 26 internet peyki çıxarıb

13-05-2025

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025

“SpaceX” orbitə daha 20 internet peyki çıxarıb

25-09-2024

Mask tviteri almaq üçün borc götürüb

06-09-2023

“SpaceX”in internet peyklərinin yeni qrupu orbitə çıxarılıb

12-11-2024

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

Mask “Grok”un uşaqlar üçün versiyasını yaratmağı düşünür

20-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə