Stradivarinin violonçeli internet-auksionda satılacaq

08-09-2008 / 17:43

Uzun müddət Böyük Britaniyanın ən yaxşı ifaçılarından biri Amarillis Fleminqə məxsus olan Stradivari violonçeli oktyabrda auksionda satılacaq.
Belə bahalı və nadir alətin internetdə satılması ilk dəfə baş verir.
Auksionçular hesab edirlər ki, 300 il bundan əvvəl tanınmış usta tərəfindən düzəldilən bu alət rekord qiymətlə satılacaq.
Violonçel Antonio Stradivarinin 60 qorunan sənət əsərindən biridir. 1,4 milyon dollar məbləği ilə sığorta edilib.
Nadir alət həm də keçmiş sahibəsi Yana Fleminqin şərəfinə “Fleminq” adı ilə də tanınır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə