Populyar “Sedo” domen aksionunun təşkilatçılarının sözlərinə görə, bu sazişlər böhranlı 2009-cu ilin ən iri və uğurlu İT sazişlərindən biri olacaq. Məsələn sex.com domeni 14.5 milyon dollara, porn.com isə 9,5 milyon dollara satılıb.
Domain Name Journal-ın redaktoru Ron Ceksonun sözlərinə görə, 2008 ilin 4-cü kvartalında com zonasında satılan orta domenin qiyməti 2 688 dollar təşkil edib.
Bir neçə gün bundan öncə Toys.com domeninə nəzarət paketi 5,1 milyon dollara satılıb. Bir çox ekspertlər domenə belə marağın olacağını gözləmədiklərini bildiriblər. Qiymət 5 milyonu keçəndə bu sahənin mütəxəssisləri təəccübləniblər. Onlayn oyuncaq satışının lideri isə əmindir ki, yeni proyektin sifarişləri çox olacaq və bu işə qoyduqları sərmayələr tezliklə əvəzini verəcək.
Böhran sahibkarları qənaət etməyə məcbur edir. Bununla əlaqədar indiki zamanda internet əsas satış mərkəzinə çevrilib. Toys.com-un əvvəlki sahibi Faculty Lounge şirkəti, domeni auksionda əldə etmişdi. O vaxt domenin qiyməti 1, 25 milyon dollar idi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri