Previous Next
Bağla

Süni intellekt sektorunda bütün oyun qaydaları pozulub-ŞƏRH

18-04-2023 14:34
 Süni intellekt sektorunda bütün oyun qaydaları pozulub-ŞƏRH
Süni intellekt sahəsində araşdırmaları dayandırmaqla bağlı məşhur müraciətə imza atan İlon Maskın özü süni intellekt şirkəti yaradıb.
 
Görünür ki, bu sektorda bütün oyun qaydaları pozulub. Süni intellektin bəşəriyyət üçün təhlükələr yarada biləcəyini söyləyib buna imza atanlar özləri bu sahədə böyük işlərə girişirlər.
 
İlon Maskın Tesla, SpaceX, Starlink, Twitter, Neuralink və s. şirkətlərinə daha biri əlavə olunub. Bir neçə gün öncə o, X.Aİ süni intellekt şirkəti yaradıb.
 
Hazırda bu şirkət üçün ən yaxşı mütəxəssisləri və investorlar cəlb etməklə məşğuldur. Maraqlıdır ki, hazırda ən öndə gedən ChatGPT süni intellekt həllinin sahibi olan Open.Aİ şirkətinin formalaşmasında da İlon Mask iştirak edib.
Sonradan fikir ayrılıqları olduğundan bu şirkətdən kənarlaşıb.
 
Güman etmək olar ki, İlon Mask hazırda bazar dəyəri 30 milyard dollar olan bu qurumdan ayrılmaqla hesablaşmaq istəmir. Həm də, onun da imzası olan müraciətə etinasızlıq dünyanın ən zəngin insanını, necə deyərlər hirsləndirib.
 
Görünən odur ki, süni intellekt bazarında kəskin rəqabət formalaşmaqdadır.
Yeri gəlmişkən, texnologiyaların inkişafının yarada biləcəyi təhlükələrlə bağlı oxşar müraciətlər əvvəllər də olub. Xatırlayıram ki, bir neçə il öncə süni intellektdən müharibələrdə istifadə edilməməsi ilə bağlı məşhurların hökumətlərə müraciəti olmuşdu. Hansı ki, heç bir nəticəsi olmadı.
 
Görünür ki, İlon Maskın, Apple və Ripple kimi nəhəng qurumların rəhbərlərinin və məşhur universitetlərin professorlarının da süni intellekt sahəsində araşdırmaların dayandırılması ilə bağlı məktubuna mövcud bazar oyunçuları tərəfindən heç bir reaksiya verilməməsi bu bazara yeni , daha nəhəng oyunçuların daxil olmasına səbəb olacaq.
 
Bütün qeyd olun təhlükələrə baxmayaraq bəşəriyyət süni intellektin bu formada sürətli və rəqabətli formada inkişafından nə qazanacaq?
 
Xeyri, yoxsa fəsadları çox olacaq?
 
Hələlik bunu proqnozlaşdırmaq asan deyil. Dünyanın ən zəngin investorları süni intellekt sektoruna milyardlarla yatırımlar edirlər. Hədsiz böyük rəqabət formalaşıb bu mühitdə.
 
Güman ki, ən yaxın zamanlarda biz tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlon Mask süni intellekt şirkəti yaradıb

12-07-2023

Mask: Süni intellekt bəzi dövlət məmurlarını əvəz edə bilər

05-05-2025

Elon Mask X-i süni intellekt şirkətinə satıb

29-03-2025

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

07-11-2025

İsrailin Baş naziri süni intellektə nəzarətin gücləndirilməsinin tərəfdarıdır

19-09-2023

Maskın başçılıq etdiyi konsorsium “Open AI” üzərində nəzarətə görə 97 milyard dollar təklif edib

11-02-2025

İlon Maskın sərvəti rekord həddə çatıb

16-12-2025

İlon Mask “Apple”a qarşı məhkəmə iddiası qaldırıb

12-08-2025

İlon Mask sərvəti 800 milyard dolları keçib

04-02-2026

“SpaceX”in bazar dəyəri 400 milyard dollara çatıb

16-07-2025

İlon Maskın aktivləri 121 milyard dollar azalıb

07-03-2025

Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

23-01-2026

İlon Maskın sərvəti 400 milyard dolları ötüb

13-12-2024

İlon Mask bir gündə 29 milyard dollar itirib

11-03-2025

"X"in baş direktoru istefa verib

11-07-2025

“Tesla”nın sürücüsüz taksisi avtonom çatdırılıb

28-06-2025

İlon Mask “het-trik”ə imza atdı

21-04-2022

KİV: İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

09-09-2024

KİV: İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

09-09-2024

“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

19-02-2025

İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verib

27-03-2023

“OpenAI” İlon Maska qarşı əks-iddia qaldırıb

10-04-2025

Mask Trampla mübahisədən sonra investorlarla əlaqə saxlamayıb

07-06-2025

İlon Mask: 20 ildən sonra insanlar öz şüurlarını robotlara yükləyəcəklər

13-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə