Previous Next
Bağla

İlon Maskın aktivləri 121 milyard dollar azalıb

07-03-2025 13:35
İlon Maskın aktivləri 121 milyard dollar azalıb

“Tesla” səhmlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından sonra İlon Maskın sərvəti bir gündə 8,8 milyard dollar azalıb.

Xeberler.az məlumat verir ki, bu barədə “The İndependent” qəzeti məlumat yayıb. Bununla belə, hazırda dünyanın ən varlı adamı olan Mask reytinq siyahısında ən yaxın izləyicisindən 116 milyard dollar öndədir.

Şirkətin səhmlərinin qiyməti ABŞ Prezidenti Donald Trampın hissələrin idxal olunduğu Kanada məhsullarına yeni tariflər tətbiq etməsindən, həmçinin “Tesla”nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazar olan Çindən gələn mallara yüksək rüsum tətbiq olunmasından sonra düşüb. Belə ki, dekabrda bir səhmin qiyməti 479 dollara çatmışdı. Dünən ticarətin sonunda isə 261 dollara düşüb.

Qəzetin məlumatına görə, İlon Maskın aktivləri 2024-cü ilin dekabrından bəri ümumilikdə 121 milyard dollar azalıb, lakin onun planetin ən varlı adamı statusunu itirməsi üçün daha 116 milyard dollar itirməsi lazımdır. Aktivlərinə görə Maskdan sonra ikinci ən varlı şəxs sərvəti 226,7 milyard dollar dəyərində qiymətləndirilən “Meta” Korporasiyasının baş direktoru Mark Zukerberqdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlon Maskın sərvəti 400 milyard dolları ötüb

13-12-2024

İlon Mask bir gündə 29 milyard dollar itirib

11-03-2025

Mask 500 milyard dollar sərvəti ilə tarixə düşüb

02-10-2025

İlon Maskın sərvəti rekord həddə çatıb

16-12-2025

İlon Mask sərvəti 800 milyard dolları keçib

04-02-2026

Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub

04-10-2024

İlon Maskın sərvəti 26,5 mlrd. dollar artıb

07-11-2024

Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb

22-05-2023

Forbes reytinqinə əsasən dünyanın ən varlı şəxsi müəyyən olub

06-04-2022

İlon Mask “het-trik”ə imza atdı

21-04-2022

“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

19-02-2025

“Twitter”in reklam gəlirləri azalıb

07-06-2023

“Texnologiya neftdən bahadır”

01-11-2017

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

07-11-2025

Twitter investoru Elon Muskı məhkəməyə verib

12-10-2022

“TikTok”un yaradıcısı Çinin ən varlı adamı seçilib

29-10-2024

Bloomberg: Zuckerberg “Metaverse”i işə salandan sonra sərvəti altı dəfə artıb

29-09-2024

Uber 1,46 milyard dollar zərər edib

30-11-2017

“SpaceX”in bazar dəyəri 400 milyard dollara çatıb

16-07-2025

İlon Mask trilyoner olmağı hədəfləyir

02-04-2026

“Meta” səhm bazarlarındakı üstünlüyünə görə birinci yerdədir

05-02-2025

Trampın tarifləri "Apple" şirkətinə 2 milyard dollara başa gələ bilər

01-08-2025

Dünyanın ən iri proqram təminatçısının mənfəəti 1,8 milyard dollar artıb

30-10-2010

Tesla-nın bazar dəyəri Ford-u keçdi

04-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə