Previous Next
Bağla

Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

06-05-2022 21:52
Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti araşdırma aparıb.

Xeberler.az məlumat verir ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə müxtəlif şəxslərin adına müxtəlif tarixlərə, lakin qrup şəklində biletlər alıb. Araşdırma nəticəsində həmin istifadəçilərin kimliyi müəyyən edilib və onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə dəvət olunublar. Həmin şəxslər etiraf ediblər ki, sosial şəbəkələrdə Şuşaya turların təşkil edilməsi ilə bağlı elanlar yerləşdirərək, əvvəlcədən vətəndaşlardan şəxsiyyət vəsiqələrinin surətlərini alıblar. Biletlər satışa çıxarılandan sonra möhtəkirlər şəxsiyyət vəsiqələrinin surətlərini onlara təqdim edən bir neçə nəfərin adına www.yolumuzqarabaga.az saytı üzərindən Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə birbaşa vətəndaşların adına biletlər alıblar. Bakıdan Əhmədbəyli istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları vətəndaşları həmin ərazidə Əhmədbəyli – Şuşa – Əhmədbəyli müntəzəm marşrutu üzrə hərəkət edən avtobusa transfer edirlər. Onlara belə fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından silinib.

 

Məlumat üçün bildiririk ki, biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

 

Qeyd edək ki, may ayından etibarən Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.

 

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.

Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.

 

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

27-04-2022

Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

26-04-2022

Noyabra olan avtobus biletlərini onlayn almaq mümkündür

22-10-2022

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

Qarabağa səfərlərlə bağlı sayt hazırlanıb

18-01-2022

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026

Şuşaya 10000-ci sərnişin səfər edib

24-08-2022

Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

27-02-2025

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

15-06-2022

Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

07-02-2025

Bakıdan Şuşaya müntəzəm avtobus reysi fəaliyyətə başlayır

14-09-2024

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərpoçt yeni layihəyə start verib

01-11-2019

Şuşa və Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları istifadəyə verilib

24-01-2022

“İcazə” blanklarının qanunsuz satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir

03-03-2022

Bu bölgələr üzrə elektron biletlər satışa çıxarıldı

21-12-2022

Qanunsuz bilet satan şəxslər saxlanılıb

10-12-2025

DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

01-06-2022

Qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirilib

05-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə