Previous Next
Bağla

DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

01-06-2022 17:55
DANX altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir. Şəhərlərarası sərnişindaşıma bazarında rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı – Masallı, Bakı – Lənkəran, Bakı – Astara, Bakı – Sabirabad, Sabirabad – Bakı, Bakı – Horadiz şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Xeberler.az bildirir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 24 iyun 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 08 iyul 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 14 iyul 2022-ci il tarixində müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün əlaqələndirici şəxslərə (Ramil Musayev – tel.: +99412 566 48 31, e-poçt: [email protected]; Nazim İsmayılov – tel.: +99412 514 27 51, e-poçt: [email protected]) müraciət etmək olar.

Əlavə edək ki, 31 mart 2022-ci il tarixində elan edilmiş müsabiqədə Bakı – Sabirabad – Bakı marşrutu üzrə iki nəfər fiziki şəxs – Ağaşirin Tapdıq oğlu Qasımov və Ramin Xələf oğlu Baxşıyev, Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər fiziki şəxs – Əjdər Həsənqulu oğlu Quliyev müraciət edib. Bakı – Sabirabad – Bakı marşrutu üzrə müraciət edən fiziki şəxs Ağaşirin Tapdıq oğlu Qasımov komissiya üzvlərindən ən çox bal toplayaraq qalib elan olunub. Bir avtonəqliyyat vasitəsi olduğu üçün onunla bir reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.

Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər müraciət etdiyi üçün Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.7-ci maddəsinə əsasən fiziki şəxs Əjdər Həsənqulu oğlu Quliyev qalib müəyyən olunub. Onunla hər iki reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası marşrut xətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edəcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30-09-2022
Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

15-06-2022
Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

Taxoqraf cihazı olmayan sürücülər cəzalandırılacaq

17-09-2018
Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022
Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022
İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025
Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

26-04-2022
Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022
AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

19-10-2022
Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

06-05-2022
DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

27-04-2022
ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

25-06-2025
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025
Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026
Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018
RİNN-nin sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib

RİNN-nin sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib

15-08-2024
AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025
Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili tender elan edir

Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili tender elan edir

26-12-2018
Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

28-07-2021
Metro və avtobuslarda gedişhaqqı artırıldı

Metro və avtobuslarda gedişhaqqı artırıldı

31-07-2018
Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

12-06-2018
“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin  proqram təminatı hazırlanıb

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

19-01-2022
Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

Azərbaycanda nəqliyyat sənədləri elektronlaşır, tələblər dəyişir

16-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə