Previous Next
Bağla

Şuşaya 10000-ci sərnişin səfər edib

24-08-2022 10:08
Şuşaya 10000-ci sərnişin səfər edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkil etdiyi müntəzəm avtobus marşrutu ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya 10000-ci sərnişin səfər edib. Gülnar Kamal qızı Orucova bugünkü reys ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.

Xeberler.az bildirir ki, əslən şuşalı olan, 5 yaşında ailəsi ilə Şuşanı tərk edən Gülnar Orucova 30 ildən sonra atası Kamal Həsənovla birgə doğma şəhərini ziyarətə gedib.

Gülnarə Orucova qeyd edib ki, ailəsi məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb, buna baxmayaraq onlar Şuşaya bağlı ruhda böyüyüblər. “Şuşa haqqında valideynlərimdən o qədər xatirələr eşitmişəm ki, mənə elə gəlir, bütün ömrümü Şuşada keçirmişəm”, – deyə Gülnar Orucova bildirib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev təntənəli yolasalma mərasimində Gülnar Orucovaya “10000-ci sərnişin sertifikatı” və hədiyyə təqdim edib. Xidmət rəisi bildirib ki, işğaldan azad olunmuş ərazilərə  24 yanvar 2022-ci il tarixindən etibarən  həyata keçirilən səfərlərə maraq olduqca böyükdür. “Bu günədək müəyyən edilmiş istiqamətlər üzrə 312 reys həyata keçirilib, 13069 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib. Bu gün isə Şuşaya 10000-ci sərnişini yola salırıq”, – deyə Anar Rzayev vurğulayıb.

Qeyd edək ki, müəyyən olunmuş istiqamətlər üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

Sərnişindaşımanı həyata keçirən sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib. Onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir.

Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022
Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022
Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022
Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir

15-06-2022
Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022
Şuşa və Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları istifadəyə verilib

Şuşa və Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları istifadəyə verilib

24-01-2022
İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa  çıxarılacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024
İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025
DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

27-04-2022
Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026
Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

06-05-2022
Noyabra olan avtobus biletlərini onlayn almaq mümkündür

Noyabra olan avtobus biletlərini onlayn almaq mümkündür

22-10-2022
Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

26-04-2022
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib

Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib

16-09-2024
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025
Bakıdan Şuşaya müntəzəm avtobus reysi fəaliyyətə başlayır

Bakıdan Şuşaya müntəzəm avtobus reysi fəaliyyətə başlayır

14-09-2024
Qarabağa səfərlərlə bağlı sayt hazırlanıb

Qarabağa səfərlərlə bağlı sayt hazırlanıb

18-01-2022
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022
Xarici ölkə vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər

Xarici ölkə vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər

21-07-2025
Qarabağa fərdi avtomobillərlə səfərlər istiqamətləri genişləndirilir

Qarabağa fərdi avtomobillərlə səfərlər istiqamətləri genişləndirilir

14-05-2025
Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018
Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

27-02-2025
İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilir

İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilir

08-07-2025
Qarabağa səfər edənlərə avtomatik icazələrin verilməsinə başlanılıb

Qarabağa səfər edənlərə avtomatik icazələrin verilməsinə başlanılıb

06-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə