Azərbaycanın təhsil sistemində daim yenilikləri ilə öndə gedən ADA Universiteti ölkədə fəaliyyət göstərən ali məktəblər arasında ilk dəfə olaraq öz fəaliyyətində “Asan İmza” mobil elektron imza xidmətini tətbiq edib.
Xeberler.az-ın məlumatına görə, cari tədris ilində universitetin magistr pilləsinə qəbul edilmiş tələbələr üçün ali məktəbə qəbulun rəsmiləşdirilməsinin qeydiyyatının ilk dəfə olaraq elektron qaydada “Asan İmza”nın köməyilə bu məqsədlə yaradılmış “ADA Asan İmza” portalında aparılması imkanı yaradılıb.
İndiyədək bu proses universitetə yeni qəbul edilmiş tələbələrin lazımi sənədləri kağız daşıyıcıda şəxsən təqdim etmələri ilə baş tuturdu.
“Asan İmza” ilə qeydiyyatın elektronlaşdırılması prosesin sürətli təşkilinə gətirib çıxarmaqla yanaşı, gələcəkdə universitetdaxili tədris prosesində innovativ texnologiyaların tətbiqi ilə yeni imkanların yaradılmasına yol açır.
Sözügedən innovasiyanın tətbiqi xüsusilə də ölkənin regionlarında yaşayan və ADA Universitetinə yeni qəbul olunmuş tələbələr üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, artıq onlar universitetə qəbulun qeydiyyatı ilə bağlı sənədlərini təqdim etmək üçün xərc və zaman sərf edərək paytaxta gəlməli olmayacaq, əvəzində bu əməliyyatı elektron qaydada həyata keçirə biləcəklər.
“Asan İmza” ilə mümkün olan digər bir yenilik isə ADA Universitetinin magistr pilləsinə qəbul edilmiş tələbələrin bu ali məktəbdə təhsilə başlamaq üçün zəruri olan Şərəf Andını elektron qaydada imzalaya bilməsidir.
15 sentyabr – Bilik günü baş tutmuş imzalama mərasimində ali təhsil ocağına yeni daxil olmuş tələbələr öz “Asan İmza”ları ilə Şərəf Andını imzalayıb, bununla da ADA Universitetində təhsil alacaqları müddətdə nümunəvi davranışa və yüksək əxlaq normalarına riayət edəcəklərinə dair and içib.
“ADA Asan İmza” portalı ADA Universitetinin mövcud və gələcək elektron xidmətlərinin cəmləşəcəyi vahid elektron məkanı təmsil edir. B.EST Solutions şirkətinin ADA Universiteti üçün hazırladığı portalda hazırda qəbulun onlayn qeydiyyatı və Şərəf Andının imzalanması elektron xidmətləri yer alır.
Portalın sisteminə yalnız sözügedən ali təhsil ocağının magistr pilləsinə yeni qəbul edilmiş tələbələr və universitetin müvafiq səlahiyyətləri şəxsləri daxil ola bilər.
Sistemə daxil olmaq üçün “Asan İmza” mobil elektron imzanın mövcudluğu tələb olunur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri