Bu gün (08 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan birliyin həmtəsisçisi Rəsul Cəfərov bildirib ki, təşkilatın yaradılmasında əsas məqsəd telekanalların və alternativ media vasitələrinin inkişafına yardım göstərməkdir.
Telekanalların monitorinqi ilə bağlı həyata keçirilən bir sıra layihələrin iştirakçısı olduğunu bildirən R.Cəfərov hazırda telekanallarda \"Teleradio yayım haqqında\" Qanunun müddəalarına riayət edilmədiyini, xüsusilə də balanslı, hərtərəfli, dəqiq və ətraflı məlumatların verilmədiyini, siyasi plüralizmin gözlənilmədiyini və öz fikirlərini ifadə etmək üçün hamıya bərabər şəraitin yaradılmadığını qeyd edib. Sadalanan problemlərin həllinə telekanalların özləri və bu sahədə tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əməkdaşlıq çərçivəsində nail olmaq istədiklərini deyən R.Cəfərov bu istiqamətdə təkliflərin hazırlanacağını bildirib.
Alternativ media vasitələrinin, yəni bloqların, youtube, facebook, twitter və bu kimi digər saytların son dövrlərdə Azərbaycanda yayılmağa başladığını bildirən Cəfərov bu vasitələrlə öz fikirlərini bildirən şəxslərin hüquqlarının müdafiə edilməli olduğunu vurğulayıb.
Təşkilatın internet saytının yaradılacaq və görüləcək işlər saytda yerləşdiriləcək və eyni zamanda press-reliz vasitəsilə yayılacaq.
Qeyd edək ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyi 2009-cu il, avqustun 14-də Rəsul Cəfərov və Əhməd Heybətov tərəfindən təsis edilib. Avqustun 24-də isə təşkilatın sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndərilib. RATİ
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri