Previous Next
Bağla

"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

02-03-2021 21:00
"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

"Təsəvvür edin ki, ölkənin efir infrastrukturu elə qurulub ki, ildə 3-4 dəfə avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, ildə bir neçə dəfə bütün ölkə üzrə gün ərzində efiri qapamaq çox yanlış, qüsurlu bir addımdır: 

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçı qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi yenə də Milli Televiziya və Radio Şurasına bir kağız parçası göndərərək bildirib ki, avadanlıqların tozunu silmək üçün, profilaktika məqsədilə ölkədə bütün tele-radio yayımı dayandırılacaq. Hökumətin və informasiya təhlükəsizliyinə, inhisarçılığa cavabdeh qurumların diqqətinə bir daha  çatdırmaq istərdim ki, ildə bir neçə dəfə bütün ölkə üzrə gün ərzində efiri  qapamaq çox yanlış, qüsurlu bir addımdır. 

Ümid edirən NRYTN-nin yeni rəhbərliyi efirə cavabdeh olan MTRŞ ilə birgə nəhayət ki, bu problemi həll edəcək. Yeri gəlmişkən, NRYTN rəhbərliyinə xatlrladıram ki, bir neçə il öncə alternativ yayım stansiyasının qurulması üçün büdcədən xeyli vəsait də ayrılmışdı”".

Məsələ ilə bağlı “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi açıqlama yayıb və bildirib ki, profilkatika işi texniki tələbdir:

“Məqsəd bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir. Kompleks profilaktika zamanı bütün radio və televiziya proqramlarının yayımı həm studiyalarda (proqram istehsalçıları tərəfindən), həm də radio-televiziya yayım stansiyalarında (proqram yayımçısı olan “Teleradio” İB tərəfindən Bakı Teleqüllə Kompleksi daxil olmaqla, ölkə üzrə digər 126 stansiyada) dayandırılır”. Qurumun açıqlamasında həmçinin Alternativ Radio-Televiziya Yayım Stansiyasının da fəaliyyət göstərdiyi bildirilib.

"Bakı Teleqüllə Kompleksində fors-major halları baş verəcəyi zaman yayımlarda dayanma olacağı halda alternativ stansiya olaraq yayımları həyata keçirmək üçün Alternativ Radio-Televiziya Yayım Stansiya yaradılıb. Eyni zamanda, rəqəmli sosial TV paketin də yayımı alternativ RTYS-dən mümkündür. Lakin bunun üçün proqram istehsalçıları kompleks profilaktika zamanı yayım materialını təqdim etməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Yenə həmin kordinat yenə həmin dalğadır

10-08-2020

Radio və televiziya proqramlarının yayımında fasilələr olacaq

08-06-2019

Bakıda alternativ teleqüllə istismara veriləcək

07-11-2017

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

10 saat teleradio yayımının dayandırılması yolverilməzdir - ekspert

11-06-2018

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023

Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

29-09-2016

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

Bakıda alternativ teleqüllə istifadəyə verilib

28-12-2017

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

13-03-2021

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Azərbaycanda yeni radio açılır

24-01-2024

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2015

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə