Previous Next
Bağla

MTRŞ məhkəməyə veriləcək

22-01-2011 02:28
MTRŞ məhkəməyə veriləcək

- Bu müsabiqənin nəticələrinin elan olunması ilkin andan sona qədər bir tamaşa olub. Bunun üçün səbəblərimiz var. Ən elementar məsələlərdən başlayaraq yekun nəticəyə qədər Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyi və üzvləri tərəfindən tam biganəlik nümayiş olunub.

Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin rəhbəri Rəsul Cəfərovu MTRŞ-dan narazı salan bir neçə gün bundan əvvəl bu qurumun verdiyi qərar olub.

Yanvarın 18-də radio yayımı üçün 103.3-cü tezliyin yeni sahibi açıqlanıb. 2009-cu ilə qədər BBC-i radiosunun yayıldığı həmin tezlikdə bundan sonra “Araz” radiosunun səsi gələcək. Daha dəqiq desək müsabiqəyə əvvəlcə “Azad Xəbər” radiosu adı altında qatılan “Golden Prince” MMC.

Bu tezliyi almaq üçün müsabiqəyə 3 iddialı qatılmışdı: “Obyektiv Radio”, “Alternativ radio” və “Golden Prince” MMC.

Bunlardan ikisinin arxasında dayanan şəxslər ictimaiyyətə tanış simalar olsa da, üçüncü – qalib şirkəti tanıdım deyən yoxdur. Hər halda danışdığım media ekspertləri bu fikirdədirlər.

“MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏYİK?”

Onu da qeyd edim ki, “Golden Prince” MMC şirkəti əvvəldə “Azad Xəbər” radiosu adı altında müraciət etsə də, sonradan sovet illərində orta dalğada yayımlanan “Araz” adı altında yayımlanacağını deyib. Qalib radio həm yerli, həm də xarici auditoriyanı əhatə etmək niyyətindədir.

Ancaq Rəsul Cəfərov bildirir ki, bu müsabiqə ədalətli keçməyib və üstəlik qalib şirkət barədə də məlumat açıqlanmır:

- Narahatedici məqam və bizdə şübhə doğuran məsələ həmin şirkətin təsisçilərinin qeyri-müəyyən olmasıdır. Yəni çatışmazlıqlar çox idi. Biz nəticələrdən narazı qalmışıq və yaxın zamanlarda məhkəməyə müraciət edəcəyik.


“Obyektiv Radio” adı altında müsabiqəyə qoşulan – Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli də iddia edir ki, 103.3 tezliyinin lisenziyası heç bir təcrübəyə və təsisçisi bəlli olmayan şirkətə verilib:

“NUŞİRƏVAN MƏHƏRRƏMLİ DEDİ Kİ...”

- Hətta mən qalxdım dedim ki, heç olmasa bilmək istəyirəm bu “Golden Prince” MMC-nin təsisçiləri kimdir, ancaq Nuşirəvan Məhərrəmli bildirdi ki, bu o qədər də əhəmiyyətli deyil.

Əslində, biz də bu suallara cavab almaq üçün MRTŞ və qurumun sədri Nuşirəvan Məhərrəmli ilə gün ərzində əlaqə saxlamağa çalışsaq da, onun şəxsi telefonunu açan şəxslər hər dəfə sədrin olmadığını dedilər. Suallarımız isə cavabsız qaldı.

“Golden Prince” MMC barədə internetdə məlumat tapmaq cəhdimiz də boşa çıxdı. Hətta Vergilər Nazirliyinin internet səhifəsində eyni adlı şirkətin iz-tozuna da rast gəlmədik.

HÜQUQŞÜNASIN TƏƏCCÜBÜ

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli də nazirliyin elektron ünvanında şirkətin adının tapılmamağına təəccübləndi. O hesab edir ki, MTRŞ bütün qaranlıq məsələlərə aydınlıq gətirməyə borclu idi:

- MTRŞ təsisçi və ya təsisçilərin kim olduğunu açıqlamalıdır. Qanunvericiliyə görə, hər hansı televiziya və radioya lisenziya verilməsinin məhdudiyyətləri də var. Bu məhdudiyyətlər budur ki, təsisçi əvvəllər ağır cinayətlərə məhkum olub-olmayıb, ya da xarici kapital payı olub ya yox. Bununla bağlı MTRŞ qanuni öhdəliklərini yerinə yetirməyib, çox məhdud informasiya verib, bircə ad verib. Hətta eyni adı Vergilər Nazirliyinin saytında yazsaz, yazacaqlar ki, bu adda şirkət yoxdur, eyni adda şirkət qeydiyyatdan keçirə bilərsiz.

Ə. Məmmədli bildirir ki, dalğaların bölünməsi ilə bağlı qanunvericilkdə müddəa yoxdur, sadəcə qeyd olunur ki, MTRŞ bu işlə məşğul olur . Ancaq ekspert hesab edir ki, əslində normativ qaydalar olmalı, bu məsələ qanun səviyyəsində tənzimlənməlidir.

VERGİLƏR NAZİRLİYİNƏ SORĞU

Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin rəhbəri Rəsul Cəfərov isə bildirir ki, onlar “Golden Prince” MMC haqda məlumat almaq üçün Vergilər Nazirliyinə sorğu hazırlayırlar.

Qanuna görə, lisenziya almış radio 6 ay ərzində fəaliyyətə başlamalıdır. “Araz” radiosunun rəsmiləri isə MTRŞ-ın iclasında 3 aya işə başlayacaqlarını bildiriblər.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, yeni-yeni televiziya və radiolar efir məkanına qoşulsa da, tez bir zamanda gözləntiləri doğrultmadıqları məlum olur:

- Cəmiyyətin gözləntiləri gerçəkləşmir. Hər lisenziyadan sonra məlum olur ki, heç nə dəyişmədi. Özləri də çıxıb deyirlər ki, televiziyalar lazımsız verilişlər verirlər, radiolar belə-elə...Heç vaxt demirlər ki, bu lisenziyanı biz vermişik və bu məsuliyyəti biz daşıyırıq.
Azadlıq Radiosu

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Araz” radiosu fəaliyyətə başlayacaq

“Araz” radiosu fəaliyyətə başlayacaq

05-02-2011
Azərbaycanda yeni radio kanalına üç iddialı var

Azərbaycanda yeni radio kanalına üç iddialı var

28-12-2010
MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009
“Avropa+” radiosu bağlandı

“Avropa+” radiosu bağlandı

30-12-2008
Mədəniyyət televiziyası da AZTV-yə veriləcək

Mədəniyyət televiziyası da AZTV-yə veriləcək

07-10-2010
Mədəniyyət kanalı AzTV-yə verildi

Mədəniyyət kanalı AzTV-yə verildi

22-10-2010
MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

22-10-2009
Mədəniyyət kanalı ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Mədəniyyət kanalı ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

07-09-2010
 Nuşirəvan Məhərrəmli yenidən MTRŞ-ın sədri seçilib

Nuşirəvan Məhərrəmli yenidən MTRŞ-ın sədri seçilib

23-01-2009
MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016
Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010
Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

21-01-2009
«XARİCİ RADİOSTANSİYALARA HEÇ BİR TEZLİKDƏ YAYIM LİSENZİYASI VERİLƏ BİLMƏZ»

«XARİCİ RADİOSTANSİYALARA HEÇ BİR TEZLİKDƏ YAYIM LİSENZİYASI VERİLƏ BİLMƏZ»

09-01-2009
Nuşirəvan Məhərrəmli “Azadlıq”  radiosu haqda nə dedi?

Nuşirəvan Məhərrəmli “Azadlıq” radiosu haqda nə dedi?

03-12-2010
Milli Televiziya və Radio Şurasının fəaliyyəti ilə əlaqədar araşdırmalara başlayıb

Milli Televiziya və Radio Şurasının fəaliyyəti ilə əlaqədar araşdırmalara başlayıb

03-10-2009
“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30-12-2008
Sabah MTRŞ-nin iclası keçiriləcək

Sabah MTRŞ-nin iclası keçiriləcək

11-02-2009
Yeni radio bu həftədən sınaq yayımına başlayacaq

Yeni radio bu həftədən sınaq yayımına başlayacaq

26-01-2009
MTRŞ sədri telekanalları tənqid etdi

MTRŞ sədri telekanalları tənqid etdi

11-02-2011
Radio stansiyaların milli tezliklərdə yayımı ilə bağlı qərar təxirə salındı

Radio stansiyaların milli tezliklərdə yayımı ilə bağlı qərar təxirə salındı

26-12-2008
MTRŞ səlahiyyətlərinin artırılmasını istəyir

MTRŞ səlahiyyətlərinin artırılmasını istəyir

06-06-2009
Xarici radioların milli tezlikdə yayımı dayandırıldı

Xarici radioların milli tezlikdə yayımı dayandırıldı

30-12-2008
“Azadlıq” radiosunun prezidenti MTRŞ-nın qərarı ilə bağlı mövqeyini açıqlayıb

“Azadlıq” radiosunun prezidenti MTRŞ-nın qərarı ilə bağlı mövqeyini açıqlayıb

30-12-2008
İki yeni telekanal açılacaq

İki yeni telekanal açılacaq

20-09-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə