Tesla Çində böyük zavod qurmağa hazırlaşır

27-06-2016 / 14:30

Tesla-nın CEO-su Elon Musk bir neçə ay öncə verdiyi açıqlama ilə şirkətin Çində bir zavod qurmaq niyyətində olduğunu elan etmişdi.

Ortaya çıxan iddiaya görə, şirkət Çində zavod qurmaq üzrə böyük bir əməkdaşlıq müqaviləsinə imza atıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Tesla-nın zavod qurmaq qurmaq üçün razılaşdığı şirkət isə Çin hökumətinin sahib olduğu Jinqiao Group-dur.

Qeyd edilir ki, iki şirkət arasındakı razışlamanın maliyyəsi 9 milyarda qədər qalxacaq.

Məlumatlara görə, məsələnin büdcəsi  iki şirkət tərəfindən bərabər şəkildə maliyyələşəcək. Yəni, Tesla Çinin ən böyük  şəhəri olan Şanghay-da zavodunu açmaq üçün 4,5 milyard dollarlıq bir yatırıma hazırlaşır.

Tesla bu zavod ilə Asiya ölkələrinə daha asan avtomobil daşınması ilə yanaşı,  Çin dövlətinə ödəyəcəyi 25 faizlik idxal vergisindən də azad olacaq.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə