LinkedIn-də istifadəçi sayı 467 milyona çatdı- Hesabat

28-10-2016 / 12:36

Microsoft tərəfindən satın alınan dünyanın ən böyük professional sosial şəbəkəsi LinkedIn 3-cü rübün maliyyə nəticələrini açıqlayıb.

Xeberler.az şirkətin açıqlamasına istinadən məlmat verir ki, rəqəmlərə görə 3-cü rübü  960 milyon dollar gəlirlə bağlayan LinkedIn, ötən ilə görə 23 faiz  böyüyüb.

Şirkət hissə başına qazanc məsələsində isə analitiklərin gözləntilərindən də artıq uğur əldə edib və ötən ilki 0,78 dolları aşaraq 1,18 dollar olub.

İstifadəçi sayı isə keçən ilə görə 18  faiz artıb və 467 milyona yüksəlib  və böyüməsini davam etdirir.

Mobil trafikdə 60 faizə yüksələn LinkedIn, mobil trafik böyüməsinin masaüstünün iki qatı olduğunu da paylaşıb.

Unikal ziyarətçi sayı 6 faiz  artımla aylıq 106 milyona çatıb. Üzvlərin səhifə göstərmə sayı isə 27 faiz artıb.

İşə götürmə hissəsində isə 623 milyon dollar qazanan LinkedIn bu böyümənin sadece 67 milyon dollarını təhsil həllərindən əldə edib.

Bildiyiniz kimi, 2015-ci ildə Lynda-yı 1,5 milyard dollara satın alan LinkedIn, ötən dövrdə LinkedIn Learning adlı yeni təhsil strategiyasını açıqlamışdı.

Professional iş şəbəkəsi LinkedIn reklam işindən 175 milyon dollar və ödənişli üzvlükləri 162 milyon dollar qazanıb. Bu hissədə ən çox satış edən paket Microsoft-un SalesForce ilə rəqabətini gücləndirən Sales Navigator olub.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə