Məlum olduğu kimi, bu gün dünyanın İT mərkəzi Silikon Vadisi hesab edilir.
Qeyd edək ki, Silikon Vadisi Kaliforniyanın şimalında, San Franciscoya bağlı San Jose vadisinə verilən addır. Bu ad bölgədə çox sayda istehsal edilən silikon prosessorlara görə yaranıb.
Bölgə hazırda nəhəng texnologiya şirkətlərinə ev sahibliyi edir. İntel, Cisco, Google, HP, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter Silikon Vadisini özlərinə iş yeri seçib.
Lakin Silikon Vadisi yalnız texnologiya və internet şirkətlərinin mərkəzlərinin olduğu bir coğrafi bölgə olaraq tanınmır. Əslində, Vadi nəhəng şirkətlərlə yanaşı, təşkilatçı və sərmayəçiləri ilə sözün əsl mənasında texnoloji bir ekosistemdir.
Bu bölgədəki şirkətlər tez-tez gündəmə gəlir. Biz də Silikon Vadisi ilə bağlı maraqlı və əhəmiyyətli məlumatları mütəmadi oxucularımızla bölüşürük.
Xeberler.az bu dəfə Silikon Vadisindəki sahibkarlıq ekosisteminə can verən investisiya şirkətlərini təqdim edir:
Accel Partners
1983-cü ildə qurulan şirkət siyahıdakı ən tanınmışlardandır. 2008-ci ildən ciddi investisiyalar etməyə başlayan şirkət hazırda ildə ortalama 30 investisiya edir. Biznesi sürətləndirmə olaraq da çalışan Accel Partners xüsusilə internet sektoruna yönəlib. Accel Partners-in ən əhəmiyyətli investisiyalarında biri də Facebook-a etmiş olduğu yatırımdır.
Andreessen Horowitz
Adını qurucuları olan Marc Andreessen və Mən Horowitz-dan alan Andreessen Horowitz şirkəti 2009-ci ildə Merlo Park-da qurulub. Milyard dollarla yatırımı olan şirkət ildə təxminən 50 layihəyə investisiya edir. Aralarında Facebook, Pinterest, Zynga, Groupon, Foursquare kimi böyük işlərə də investisiya edən şirkətin atdığı doğru addımlar sayəsində ən yaxşılar siyahısında yeri çox möhkəmdir. Şirkətin investisiya etməyi üstün tutduğu sahələr texnologiya, proqram təminatı və internet sektordur.
Felicis Ventures
Aydın Şenkut tərəfindən 2006-ci ildə qurulan Felicis Ventures Silikon Vadisinin olduqca aktiv investisiya şirkətlərindəndir. Ümumiyyətlə, erkən mərhələ investisiyalara fokuslanan Felicis Ventures bu günə qədər 200-dən çox şirkətə sərmayə edib. Diqqət çəkən sərmayələri arasında Optimizely, Shopify, Rovio və Türkiyədən Mobilike yatırımını saymaq olar.
First Round
2004-ci ildə San Fransico-da qurulan First Round Capital adından da təxmin edə biləcəyiniz kimi gələcəyin nəhəng şirkətinə ilk dövr investisiya etməyi hədəfləyən bir şirkətidir. 2000-ci ildə Half.com-u eBay-a satan Joshua Kopelman tərəfindən qurulmuş First Round Capital-ın diqqət çəkən sərmayələri arasında Uber, Square, Mint.com və StumbleUpon kimi firmalar iştirak edir. Şirkəti bu günə qədər 300-ə yaxın şirkətə investisiya edib.
Greylock Partners
GREYLOCK Partners öz deyimləri ilə xüsusilə distruptive (paylayıcı) startaplara investisiya etməyi üstün tutur. 1965-ci ildə qurulub və bu günə qədər 300-ə qədər şirkətə investisiya edib. Sərmayələri arasında Facebook, Dropbox, LinkedIn, Medium, Airbnb və Pandora kimi əhəmiyyətli şirkətlər var.
GV
Bir çox sahədə fəaliyyətləri olan axtarış nəhəngi Google sərmayələrini GV şirkəti üzərindən reallaşdırır. 2009-ci ildə Google Ventures adıyla qurulan şirkət 2015-ci ildə GV adını götürüb. İldə ortalama 35-40 layihəni sərmayə edən GV-nin ən tanınmış sərmayələri arasında Slack və Uber var. Şirkətin internet saytında sahibkarlar və investorlar üçün təqdim etdiyi kitabxana xidməti də var.
Intel Capital
Dünyada məşhur Intel firmasının investisiya qolu olan Intel Capital da məkan olaraq Silikon Vadisini seçib. 1991-ci ildə qurulan və olduqca köklü bir keçmişə sahib olan Intel Capital bu günə qədər mindən çox investisiya reallaşdırıb. Intel Capital sərmayələrin əadətən 50 və 100 milyon dollar arasındakı məbləğlə etməyi seçir. Bundan bir müddət öcne İntel-in Intel Capital-ı satmağı düşündüyünə dair xəbərlər də yayımlanmışdı.
Khosla Ventures
Vinod Khosla tərəfindən 2004-ci ildə qurulan şirkət bu günə qədər 3 milyard dollara yaxın investisiya sərmayəsi toplayıb.
İldə ortalama 45 qədər layihəyə dəstək olan Khosla Ventures, xüsusilə proqram sahəsinə investisiya edir. Easic, IndieGoGo, MemSQL, Peek və Academia.edu kimi layihələrə etdiyi sərmayələrlə önə çıxan şirkət Menlo Park-da yerləşir.
Kleiner Perkins Caufield & Byers
1972-ci ildə qurulan şirkət Silikon Vadisinin köklü və ən aktiv investisiya firmalarından biridir. Ümumiyyətlə biotexnologiya, səhiyyə və mobil sahəsində investisiyalar edir. İldə ortalama 30-35 layihəyə investisiya edən Kleiner Perkins Amazon, AOL, Compaq və Google kimi şirkətlərə etdiyi sərmayələrlə adını eşitdirib. Bu günə qədər investisiya etdiyi 400 şirkət içərisindən 150-yə yaxın layihəni müvəffəqiyyətli şəkildə exit etməyi bacarıb.
Lightspeed Venture Partners
Xüsusilə erkən dövr və böyümə dövründəki şirkətlərə investisiya edən Lightspeed Venture Partners-in 2000-ci ildə Menlo Park-da qurulub. Hazırda SaaS, bioteknoloji, media və e-ticarət kimi sahələrdə investisiya etdiyi şirkət sayı 250-dən çoxdur. ABŞ-ın xaricində Asiya pazarıyla da maraqlanan Lightspeed Venture Partners-in Silikon Vadisi xaricində Çin, Hindistan və İsraildə də ofisləri var.
New Enterprise Associates
1977-ci ildə qurulan New Enterprise Associates səhiyyə və texnologiya sahəsində ciddi investisiyalar edir. İldə ortalama 40-45 arası şirkətə investisiya edən şirkət, Asiyada inkişaf edən mobil, proqram təminatı və texnologiya fikirləri ilə yaxından maraqlanır. Dekstop Metal, Onshape və Bright Health kimi layihələrə investisiya edən şirkət bu günə qədər 10 milyard dollara yaxın bir sərmayə toplamağı bacarıb.
Sequoia Capital
1972-ci ildə 10 ortaqla qurulan şirkət sürətini 2008-ci ildə artırmış və bu anda ildə ortalama 30 startapa investisiya edir. Google, Nvidia, Apple və YouTube kimi əhəmiyyətli layihələrdə investisiya olan Sequoia Capital, xüsusilə internet, sağlamlıq, proqram təminatı və texnologiya sahəsində layihələrə yatırım edir.
Shasta Ventures
2004-ci ildə Menlo Park-da qurulan Sasha Ventures vadinin diqqət çəkən bir digər investisiya firmasıdır. Firmanın investisiya mərkəzində təşkilatlara istiqamətli startaplar, əşyaların interneti və istehlakçılara istiqamətli startaplar var. Bu günə qədər 100-dən çox şirkətə investisiya edən Sasha Ventures-un ən əhəmiyyətli sərmayələri arasında Mint və Google-un 3,2 milyard dollara satın aldığı Nest sayıla bilər.
SV Angel
SV Angel 1999-ci ildə Palo Alto-da qurulmuş bir investisiya şirkətidir. İlk yatırımını Zappos-a edən SV Angel Goupon, Digg, OMGPOP, Asana, Zynga, AppNexus, EventBrite, Quora, Foursquare kimi əhəmiyyətli startaplara da investisiya edin. İnvestisiya etdiyi şirkətlərin sayı 600-ə yaxındır.
Triangle Peak Partners
Triangle Peak Partners 2008-ci ildə qurulmuş və sürətlə investisiya bazarına addımını atıb. Bu günə qədər müxtəlif səpkidə investisiyalar üçün 200 milyon dollarlıq bir fond toplamış şirkət proqram təminatı və texnologiya sahəsinə yatırım edir. İldə ortalama 10-15 layihəyə investisiya edən şirkət sərmayə edəcəyi layihəni seçərkən olduqca diqqətli davranır.
Venrock
Rockefeller ailəsi tərəfindən həyata keçirilən şirkətin investisiyalara başlaması 1969-ci ilin sonlarından başlayıb. İldə ortalama 15 layihəyə dəstək verən şirkət bu günə qədər Intel, Apple və SlideShare kimi layihələrə investisiya edib. 3 milyard dollara yaxın investisiya fondu toplayan Venrock fondunu zamanla daha da genişləndirir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri