Məşhur investorlar: onları siz də tanıyın

03-11-2015 / 14:34

Dünya ölkələrində startap ekosistemi sürətlə inkişaf edir.

Məlumdur ki, bu sahədə əsas və ən vacib məqamlardan biri investor məsələsidir.

Bəzi dünya ölkələrinə baxaraq topladığımız təcrübəyə görə, xaricdə startaplar ilk əvvəl özləri məhsullarını tanıdırlar.  Yəni, ilk başdan investor axtarışına çıxmırlar. Belə deyək, keyfiyyətli və rəqabətə dözümlü ideya, layihələr yaradırlar, bunu təqdim edirlər, sonra investor özləri onları tapır.

Xeberler.az olaraq dünyada startap ekosistemində ən çox yatırım edən “mələk yatırımçı”larla  maraqlandıq.

Bir çox tanınmış İT şirkətləri də ilk vaxtlar “angel”lər tərəfindən maliyyələşib və hazırda kifayət qədər gəlir əldə edib, əhatə dairələrini genişləndiriblər.

Mashable.com-a  istinadən startap layihələrinə ən çox investisiya edən və hazırda bu ekosistemdə adları daha çox hallanan məşhur “angel”ləri təqdim edirik:

Ron Conway : Google, Twitter, Square  və Paypal üçün yatırım edib.

Ron Conway son vaxtlar tanınmış ən yaxşı və bacarıqlı angel investorlar sırasındadır.

O ən çox ilkin mərhələdə olan sosial, e-ticarət, mobil marketinq istiqamətində olan layihələrə yatırım edir.

Conway bildirib ki, layihə komandasına inanaraq investisiya ayırır.

Onun sözlərinə görə, bəzən layihə rəhbəri hazırladığı məhsulu inkişaf etdirib daha da uğur qazanır. Bəzən isə bu kimi layihələr iflasa uğrayır.  Bunlar Conwayı həvəsdən salmır və o, yatırım etməyə davam edir.

Conway həmçinin kiçik investisiya fondları da yaradır və bu sahədə “spray and pray” taktikası ilə seçilir.

O, bir çox İT şirkətlərinə də hazırki fəaliyyətlərindən daha yaxşı nəticə göstərmələri üçün yatırım edir.

Məşhur angel başlanğıc mərhələsində olan startaplara yatırım edir və əsas məqsədi çox pul qazanmaqdan daha çox, bu sistemdə adının hallanması və investorlar arasında seçilmək istəməsidir.  

Conway investisiya yatırarkən tipik investor kimi yalnız cibini düşünmür.

O deyir ki, ən çox hansı layihədən zövq alırsa ona yatırım edir.

Conway investisiya edərkən zəmanət vermir ki, sizin startapınız çox pul qazanacaq. Sadəcə onun bu sahədə əhatəsi geniş olduğu üçün startapların tanınmasına yardım edir.

Reid Hoffman: LinkedIn, Facebook, Zynga, Flickr

Reid Hoffman də Ron Conway ilə bu sektorda eyni mövqeni tutur.

LinkedIn-nin direktoru olan Reid  FacebookZyngaFlickr və digər layihələrə də investisiya yatırıb.

Hoffman ən çox web 2.0 tipli  şirkətlərlə maraqlanır. Onun üçün şirkətin innovativ yenilik, ideya və istifadəçi sayının çox olması  önəmldir.

Reid startaplara əsasən 3 məqama görə yatırım edir.

Öncə layihədən soruşur ki, necə böyük kütlə toplaya biləcək, unikal dəyər təklifləri nələrdir, layihələri bundan sonrakı mərhələdə  necə gəlir əldə biləcək.

Reid üçün bunlar əsas şərtdir.

Chris Sacca: Photobucket, Twitter, Instagram, Turntable.fm

Sacca ilk dəfə  Google-da işləyəndə investisiya  yatırmağa başlayır. Sonralar o öz fondunu yaradır və Twitter  və  Instagram kimi layihələrə yatırım edir.

Sacca  ilkin mərhələdə olan startaplara yatırım etməklər yanaşı, həmçinin satış üçün özünə  əlverişli sərmayə axtaran şirkətlərə də yardım edib əlverişli otaqlar taparaq bundan da pul qazanır.  

O,  həmçinin texnologiya şirkətlərində  məsləhtçi-mentor kimi də fəaliyyət göstərir.

Chris Dixon: Hunch, Skype, Milo

 Hunch-ın direktoru  Dixon ilk dəfə 2010-cu ildə  Skype  və  Milo kimi layihələrə yatırım edib. O, texnologiyalar sahəsində bir nömrəli investor “Businessweekas “ adına layiq görülüb.

Dixon erkən mərhələdə olan startaplara yatırım etməklə yanaşı, yüksək texnologiyalarla bağlı startaplara da yatırım edir. Həmçinin yüksək texnologiya xaricində sənaye riskini diversifikasiya etmək üçün də layihələrə yatırım edir.

O, vəsait ayırarkən yalnız layihənin texnoloji tərəfinə baxmır, həmçinin komandanın necə olamağı, fəaliyyəti də onun üçün çox  maraqlı və vacib məqamdır.

Hunch insanlardan ilk olaraq soruşur ki, kim İT direktorları tanıyır və onların malları cəmiyyətə investisiya yardımı almadan necə təqdim edilə bilir.

O hesab edir ki, investisiya üçün ən maraqlı məqam odur ki, layihə rəhbərləri ətrafda baş  verənlərə çox diqqətlə yanaşsınlar.

İnvestor deyir ki, hər gün  cəmiyyət inkişaf edir və bu sektorda daha çox yeniliklər olur, strategiya dəyişir. Bu baxımdan layihə rəhbəri sektordakı yalnışları tez görməli və öz layhəsində bunlara fikir verməli, təmin etməlidir.

Peter Thiel: Facebook, LinkedIn, Friendster, Yelp

 Thiel Paypal-ın təsisçilərindən biridir.  

O, 10 faiz gəlir götürməklə Facebook-a 5 milyon dollar yatırım etməklə tanınmış bacarıqlı investorlar sırasına daxil olub.

O, həmçinin LinkedIn,Friendster  və  Yelp üçün də yatırım edib.

Thiel son vaxtlar 20 yaşa qədər olan 20 gəncə 10 min dollar yatırım  edirib ki, onlar öz layihələrini inkişaf etdirsin. O inanır ki, gənc  nəsil  İT sektorunda daha çox yeniliklər gətirəcək.

Mike Maples: Odeo, Twitter

Həm sahibkar, həm də of Motive Inn-in direktoru Maples qərara alır ki, öz büdcəsi ilə investisiya edəcək.

Bununla da o, daha da uğur qazanır və  tezliklə özünün investor fondunu yaradır.

Maples  hesab edir ki, startapın böyük uğur qazanıb, gəlir əldə etməsi üçün ilk növbədə sağlam komandası olmalıdır.

Onun ilk  dəfə Odeo layihəsinə  investisiya yatırır.

Sonralar bu layihə iflasa uğrayır. Bundan sonra layihə rəhbəri Williams  çalışıb ki, Maples-ə vəsaiti geri qaytarsın. Amma  Maples ona inandığını və bu pulu digər vençur şirkətinə sərf etməyi məsləhət görüb.  Həmin vençur şirkəti də  Twitter layihəsi olub və hazırda sosial platforma barədə ətraflı  məlumatınız var.

Ashton Kutcher: Flipboard, AirBnB, Skype

Kutcher FlipboardAirBnBSkypeZaarly  və digər 40 layihəyə yatırım edib . O hazırda   A Grade Investments şirkəti ilə vençurlarla bağlı əməkdaşlıq edir.

Kutcher  investsisiya sahəsinə dəyər verir və hazırda Twitter –də 7, 5 milyon izləyicisi var.

O düşünür ki,  layihə rəhbərlərinə inam, komandalara güvənmək  startap sahəsində ən böyük uğur açarıdır.

İnvestor deyir ki, yatırım edərkən ilk öncə layihə rəhbərləri ilə maraqlanır ki, onlar bu bazara necə bələddirlər və layihə  iflasa uğrayan zaman necə davrana bilər , bu vəziyyətdən hansı çıxış yolunu tapa bilərlər.

Kutcher həmçinin ilkin mərhələdə olan startaplara dəstək verir, potensial ola biləcək layihələri  dəstəkləyir.

O, əsasən ideyaları dəstəkləyir və məsləhət görür ki, investor tapmaq üçün bütün imkanlarından istfadə edib,  aktiv olsunlar.

 

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə