Previous Next
Bağla

TikTok 2024-cü ildə Azərbaycan üzrə 3 milyondan çox video silib

08-04-2025 10:56
TikTok 2024-cü ildə Azərbaycan üzrə 3 milyondan çox video silib

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini prioritet hesab edərək yaradıcılıq üçün dost mühitin formalaşmasına dəstək verir. Platformada təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə mütəxəssisdən istifadə edir. Xüsusilə, 24/7 rejimində fəaliyyət göstərən moderatorlar TikTok-un İcma Qaydalarını pozan videoları silir.

Xeberler.az bildirir ki, şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq TikTok hər rüb silinmiş məzmunla bağlı məlumatları paylaşır.

2024-cü ilin nəticələrinə əsasən Azərbaycanda

 
  • İcma Qaydalarının pozulması səbəbindən 3,1 milyondan çox video silinib (2023-cü ildə bu rəqəm 2 milyondan bir qədər çox idi);
  • Videoların 97%-i istifadəçilərin şikayət etməsindən əvvəl – proaktiv şəkildə silinib;
  • Videoların 94%-i paylaşılmasından sonra 24 saat ərzində silinib;
  • Videoların 90%-i isə heç bir istifadəçi onları izləmədən silinib;
  • 770 min canlı yayım müxtəlif qayda pozuntularına görə bloklanıb.

TikTok, xüsusilə, yetkinlik yaşına çatmayan istifadəçilərin təhlükəsizliyinə xüsusi diqqət ayırır. Platformadan yalnız 13 yaşdan yuxarı şəxslərin istifadə etməsinə icazə verilir. Moderatorlar 13 yaşına çatmamış istifadəçilərə məxsus hesabları müəyyən edərək silirlər. 2024-cü il ərzində Azərbaycanda bu səbəbdən 140 min istifadəçi hesabı silinib.

Yeniyetmələrin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin davamı olaraq, ötən ay TikTok platforması gənclər üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına yönələn yeni funksiyanı istifadəyə verib. Xüsusilə, "Ailə parametrləri" funksiyası çərçivəsində valideynlər artıq uşaqlarının TikTok-dan istifadə edə biləcəyi vaxt aralığını məhdudlaşdıra bilirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“TikTok” Azərbaycanda “İcma Qaydaları”nı pozan 880 mindədək videonu silib

29-10-2025

"Tiktok" Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib

05-07-2023

“TikTok”da 3 dəqiqəlik video yerləşdirmək mümkün olacaq

06-07-2021

“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər

24-08-2025

“TikTok” videoların müddətini artırıb

01-03-2022

TikTok 2021-ci ildə internetdə ən çox ziyarət edilən resurs olub

23-12-2021

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022

Azərbaycanda TikTok-da bir il

13-12-2023

TikTok-da “Azərbaycan müəllimləri” adlı müsabiqəyə start verilir

05-05-2025

Tramp TikTok-un ABŞ aktivlərinin satış müddətini yenidən uzadır

19-06-2025

Avropa Komissiyası "TikTok"a xəbərdarlıq edib

06-02-2026

TikTok nə zaman açılacaq?

17-10-2023

“TikTok” sosial şəbəkəsi “Sputnik”-in hesablarını silib

22-09-2024

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

19-01-2025

Rusiya “TikTok”un analoqunu istifadəyə verir

01-12-2021

ABŞ “TikTok”u qadağan edir

19-09-2020

Donald Tramp "TikTok"un bloklanmasını təxirə salıb

17-09-2025

TikTok istifadəçilər üçün yeni alətlər istifadəyə verib

06-08-2025

"TikTok"-un yeni funksiyaları təqdim edilib

11-03-2025

Məhkəmə Trampın “TikTok” qadağasını təxirə saldı

28-09-2020

Azərbaycanda "TikTok"dan istifadə müvəqqəti məhdudlaşdırıldı

19-09-2023

Trump “TikTok”u ABŞ-da saxlamaq istəyir

29-05-2025

OpenAI “TikTok”a bənzər platforma yaradır

02-10-2025

Tramp TikTok qadağasını yenidən təxirə salıb

08-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə