Previous Next
Bağla

TikTok Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

19-03-2025 12:30
TikTok Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, baharın gəlişini simvolizə edən Novruz bayramını Azərbaycan istifadəçiləri ilə birlikdə qeyd edir.

TikTok genişmiqyaslı onlayn bayram festivalına çevrilir: xüsusi #Novruz2025 həştəqi ilə Azərbaycanın müxtəlif guşələrindən olan istifadəçilər bayramı necə qeyd etdiklərini nümayiş edə, bayram süfrəsi üçün reseptlərini bölüşə və ya maraqlı ənənələrdən danışa bilərlər.

Onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Azərbaycanın zəngin mədəniyyəti TikTok yaradıcıları üçün ilham mənbəyinə çevrilib. Onlar orijinal və maraqlı videolar yaradaraq, ölkə daxilində və xaricində milyonlarla istifadəçinin marağına səbəb olublar. Məsələn, #Azərbaycan həştəqi ilə artıq 156 mindən çox video, #Azerbaijaniculture həştəqi ilə isə 2.4 mindən çox paylaşım edilib.

Novruz bayramı TikTok-da platforma istifadəçilərini bir araya gətirəcək və milli ənənələrin gözəlliyini daha parlaq şəkildə nümayiş etdirəcək. Onlayn festival martın 21-dən, aprelin 30-dək xüsusi #Novruz2025 həştəqi altında keçiriləcək: TikTok platforma istifadəçilərini milli bayram, onun xüsusiyyətləri və adətləri barədə videolar çəkməyə dəvət edir. İstifadəçilər videolar üçün istənilən mövzunu seçə bilərlər – mətbəxdən milli geyimə, əfsanələr və ənənələrdən musiqi və rəqslərə qədər.

Ən kreativ videoroliklərin müəllifləri layihənin tərəfdaşı – kurort şəhəri Sea Breeze Resort tərəfindən mükafatlandırılacaq:

  • 1-ci yer –DREAM Fest 2025 festivalının bütün günləri üçün fan-zonaya 2 bilet,
  • 2-ci yer – Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort-da 2 günlük yaşayış üçün vauçer,
  • 3-cü yer – Bakıda yerləşən Crocus Fitness fitnes-klublarından birinə 6 aylıq üzvlük kartı.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Novruz bayramına həsr olunmuş onlayn festivalın qalibləri 16 aprel tarixində elan ediləcək.

"Novruz Bayramı adətlərinin bir vacib amili odur ki, xoş münasibət, doğmalıq, həmrəylik hissləri yada salınır, yenidən canlandırılır. Küsülülərin bayramda barışması, yaşlı qohumlara baş çəkilməsi, tanıdıqların və hətta tanımadıqlarınla sövqat bölüşülməsi – bunlar hamısı insanlar arasındaki əlaqələrin daha möhkəm və sadaqətli olmasına xidmət edir. Online platformalar vasitəsilə həmin bayram hisslərini qat-qat daha da geniş dairəyə ötürmək, məsafədən asılı olmayaraq dünyanın hər bir yeri ilə öz sadə və səmimi sevincini bölüşmək möcüzəsi mümkün olur. TikTok-da Novruz – qədim mərasimlərə qoşulan daha bir şən adət olacaq bəlkə də?" – deyə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov şərh verib.

"Novruzun qeyd edilməsi Azərbaycanın zəngin mədəni irsinin bir hissəsidir. Bu il istifadəçilərə genişmiqyaslı virtual festivala qoşulmaq və harada olmalarından asılı olmayaraq bayramın bir hissəsi olduqlarını hiss etmək imkanı yarada bildiyimiz üçün sevinirik. Bu təşəbbüs Azərbaycanda ilk dəfə həyata keçirilir və əminik ki, milli mədəniyyətin həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım olacaq", – deyə TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar rəhbəri Səif Mücahid bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TikTok-da ilk dəfə keçirilən Novruz2025 festivalının yekunları açıqlanıb

16-04-2025

TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim edib

17-12-2025

TikTok-da “Azərbaycan müəllimləri” adlı müsabiqəyə start verilir

05-05-2025

Hesab.az Novruz bayramı ilə bağlı kampaniya həyata keçirir

19-03-2019

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2017

Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

29-03-2019

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2018

Novruz hədiyyəniz Hesab.az-dan olacaq

19-03-2020

Bu Novruz Hesab.az hər kəsi qazandırır

19-03-2021

“Google” Novruz Bayramı münasibətilə dudl hazırlayıb

20-03-2025

Bu gün Azərbaycanda Novruz bayramıdır

20-03-2023

“TikTok”da 3 dəqiqəlik video yerləşdirmək mümkün olacaq

06-07-2021

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

Avropalı gənclərin Novruz bayramı haqqında məlumatlandırılması məqsədilə internet sayt yaradılıb

18-03-2009

TikTok 2024-cü ildə Azərbaycan üzrə 3 milyondan çox video silib

08-04-2025

Quba ASAN Həyat Kompleksində möhtəşəm Bahar festivalı

04-03-2019

Mədəniyyət Nazirliyində “TikTok”un nümayəndə heyəti ilə görüş olub

19-11-2024

“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib

24-10-2024

Şəkidə ASAN Həyat Bahar Festivalı keçirilir

11-03-2019

Novruz bayramına həsr olunan marka buraxılıb

23-03-2018

"Tik-Tokdan Öyrən" layihəsinin nəticələri yekunlaşdı

22-05-2024

“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd edib

15-03-2022

Azercell-dən Novruz Bayramına xüsusi təklif!

17-03-2025

OpenAI “TikTok”a bənzər platforma yaradır

02-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə