Previous Next
Bağla

TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim edib

17-12-2025 12:45
TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim edib

Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayıb.

Xeberler.az məlumat verir ki, bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünəməxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhvali-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar...

Qeyd olunub ki, TikTok, eyni zamanda, hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir.

2025-ci ildə TikTok-un əlamətdar hadisələri sırasına #Novruz2025 mövzusunda milli mədəniyyətin təşviqi daxil olub. Bu il platforma ilk dəfə olaraq bahar bayramı olan Novruzu Azərbaycandakı auditoriyası ilə birlikdə qeyd edib. İstifadəçilər #Novruz2025 həştəqi ilə bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini əks etdirən 12 mindən çox video hazırladılar, bayram təamlarının reseptlərini paylaşdılar və ölkələrinin ənənələrinin gözəlliyini nümayiş etdirdilər. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu. 

TikTok platformada təhlükəsizlik və istifadəçi rifahı alətlərinin inkişafını aktiv şəkildə davam etdirərək daha rahat və təhlükəsiz rəqəmsal mühit formalaşdırıb. Platforma İcma Qaydalarını yeniləyərək sadələşdirib, yeniyetmələrin qorunmasına və sağlam rəqəmsal vərdişlərin formalaşdırılmasına yönəlmiş funksiyaları genişləndirib, həmçinin təsdiqləyici ifadələr, sakitləşdirici səslər və nəfəs məşqlərini əhatə edən “Vaxt və rifah” bölməsini istifadəyə verib. Bununla yanaşı, müəlliflər üçün alətlər də təkmilləşdirilib — şərhlərin idarə olunmasından və canlı yayımlarında kontentin nəzarətindən tutmuş, paylaşımların əvvəlcədən yoxlanılmasına və mesajlarla işləmək üçün yenilənmiş funksiyalara qədər. Eyni zamanda, TikTok məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk azərbaycandilli maarifləndirici layihəsini — #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.

TikTok #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəyə təşəbbüs göstərib və onu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirib. Müsabiqə biliklərin və maarifləndirici kontentin təbliği üçün kreativ formatlarla sınaqlar etməkdən çəkinməyən, ölkənin müxtəlif bölgələrindən yüzlərlə istedadlı müəllimi bir araya gətirib.

Layihədə iştirak üçün ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub — onlar platformada öz fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Layihənin nəticələrinə əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.

“Bu il biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk festivalımız platformada ilin ən böyük mədəni hadisəsinə çevrildi; ölkənin hər yerindən müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə, həmçinin istifadəçilərin rahat mühitdə özlərini sərbəst və yaradıcı şəkildə ifadə etmələrinə dəstək verməyə davam edəcəyik”, — deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TikTok-da “Azərbaycan müəllimləri” adlı müsabiqəyə start verilir

05-05-2025

TikTok Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

19-03-2025

TikTok-da ilk dəfə keçirilən Novruz2025 festivalının yekunları açıqlanıb

16-04-2025

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022

TikTok 2024-cü ildə Azərbaycan üzrə 3 milyondan çox video silib

08-04-2025

Azərbaycanda TikTok-da bir il

13-12-2023

"Tik-Tokdan Öyrən" layihəsinin nəticələri yekunlaşdı

22-05-2024

“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib

24-10-2024

TikTok istifadəçilər üçün yeni alətlər istifadəyə verib

06-08-2025

“TikTok” Azərbaycanda “İcma Qaydaları”nı pozan 880 mindədək videonu silib

29-10-2025

“TikTok” videoların müddətini artırıb

01-03-2022

“TikTok”da 3 dəqiqəlik video yerləşdirmək mümkün olacaq

06-07-2021

Mədəniyyət Nazirliyində “TikTok”un nümayəndə heyəti ilə görüş olub

19-11-2024

Tramp: “TikTok”u almaq istəyən ABŞ alıcılarının siyahısı var

22-08-2025

TikTok 2021-ci ildə internetdə ən çox ziyarət edilən resurs olub

23-12-2021

Tramp TikTok qadağasını yenidən təxirə salıb

08-05-2025

“TikTok” Mətbuat Şurası ilə əməkdaşlıq edəcək

12-05-2023

Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib

27-02-2026

TikTok nə zaman açılacaq?

17-10-2023

Tramp: ABŞ TikTok-un yarısına sahib olmaq hüququna malik olmalıdır

21-01-2025

TikTok Azərbaycanda rəsmi ofis açacaq?

18-12-2022

“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər

27-01-2025

Avropa Komissiyası "TikTok"a xəbərdarlıq edib

06-02-2026

Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb

19-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə