Previous Next
Bağla

Quba ASAN Həyat Kompleksində möhtəşəm Bahar festivalı

04-03-2019 10:40
Quba ASAN Həyat Kompleksində möhtəşəm Bahar festivalı

Quba “ASAN Həyat” Kompleksində keçirilən Bahar festivalı çərçivəsində tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi festival martın 2-dən başlayıb.

Bayram mərasimində Novruz adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, şimal regionunda yaşayan azsaylı xalqların həyat tərzini və mətbəxlərini əks etdirən stendlər təqdim olunur. Festivalın qonaqları milli personajların iştirakı ilə Novruz tamaşalarını, pəhlivan və kəndirbaz oyunlarını, milli ornomentlərin sərgisini, idmançıların çıxışlarını izləmək, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkasından faydalanmaq imkanı qazanıblar.

Festival günlərində “ABAD Gastro Village” layihəsi çərçivəsində food trucklarda (təkərli qoşqular) “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir.

İran, Türkmənistan, Qazaxıstan və Özbəkistanın nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdiriblər.

Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, “ASAN xidmət”in tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə çıxış edərək, festivalın keçirilməsinin milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Bildirilib ki, festivalın əsas məqsədi xalqmızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə verməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin nümayəndələrinin festivalda iştirakını təmin etməklə dövlətlərarası mədəni əlaqələrin inkişaf etdirilməsi prioritetdir.

Tanınmış incəsənət ustalarının ifalarından və milli rəqslərdən ibarət konsert proqramı festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Quba “ASAN Həyat” Kompleksində keçirilən Bahar festivalı martın 5-dək hər gün səhər saatlarından başlayaraq gün ərzində davam edəcək.

Bahar festivalı Qubadan sonra Masallı və Şəki “ASAN Həyat” komplekslərində keçirilməklə bölgə sakinlərinə martın 19-dək bayram sevinci yaşadacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şəkidə ASAN Həyat Bahar Festivalı keçirilir

11-03-2019

İmişli ASAN Həyat kompleksində konsert təşkil olunacaq

06-11-2018

ASAN Həyat kompleksində konsert təşkil olunacaq

07-05-2019

İmişli ASAN Həyat kompleksində konsert proqramı təşkil olunacaq

21-12-2018

Bakcell Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib

28-03-2019

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2017

Bakcell Novruz şəhərciyinin baş sponsoru olub

29-03-2019

Avropalı gənclərin Novruz bayramı haqqında məlumatlandırılması məqsədilə internet sayt yaradılıb

18-03-2009

Bu gün Azərbaycanda Novruz bayramıdır

20-03-2023

Masallıda ASAN Festival keçirilib-Fotolar

17-09-2016

Hesab.az Novruz bayramı ilə bağlı kampaniya həyata keçirir

19-03-2019

Bayram günlərində “ASAN xidmət”də qeyri iş günü olacaq

19-03-2025

Nar Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi

13-11-2019

Azərbaycanda Novruz bayramı qeyd olunur

20-03-2018

Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

02-03-2020

Azerspace 1-in nardan maketi hazırlanıb-Foto

07-11-2015

Novruz hədiyyəniz Hesab.az-dan olacaq

19-03-2020

Bu Novruz Hesab.az hər kəsi qazandırır

19-03-2021

TikTok Novruz bayramı münasibəti ilə onlayn festivala başlayır

19-03-2025

ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlanıb

02-05-2026

Bakıda reklam festivalı keçiriləcək

18-03-2011

ASAN xidmət bayram tətilinə çıxır

18-03-2019

GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009

Masallıda ASAN könüllülər-lə görüş keçirilib

29-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə