Tramp: “Microsoft” “TikTok”u almaqda maraqlıdır

28-01-2025 / 09:03

“Microsoft” Çinin “ByteDance” korporasiyasından “TikTok” qısa videolarının yaradılması və onlara baxılması xidmətini almaqda maraqlıdır.

Xeberler.az məlumat verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb.

CNBC-nin məlumatına görə, ABŞ administrasiyası “TikTok” səhmlərinin 50%-nin alınması üçün potensial iddiaçıları seçir. Əsas iddiaçılar “SpaceX”, “Tesla” və X şirkətlərinin sahibi İlon Mask və “Oracle” şirkətinin rəhbəri Larri Ellisondur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə