Previous Next
Bağla

Türk Hava Yolları rekord göstərici əldə edib

12-06-2018 15:33
Türk Hava Yolları rekord göstərici əldə edib

Bu yaxınlarda may ayı üzrə sərnişin və yük daşımalarının nəticələrini elan etmiş Türk Hava Yolları aviaşirkəti tarixində ilin ilk beş ayı ərzində rekord yüklənmə səviyyəsinə çatıb – 80,7%. Türkiyənin milli aviadaşıyıcısı son vaxtlar əldə edilmiş rekord yüklənmə səviyyəsi göstəriciləri ilə qlobal aviasiya arenasında öz mövqeyini qoruyub saxlayır.

Xeberler.az bildirir ki, bu ilin ilk dörd ayında daşınan sərnişinlər sayının ikirəqəmli artımı may ayında da davam edib. Bu göstərici 4% artaraq 6,1 milyona çatıb, may ayı üzrə yüklənmə səviyyəsi isə 78,6% təşkil edib.

Apreldə reyslərin yüklənmə səviyyəsi 1 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 3,6% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 1,7 faiz bəndi artaraq 78% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 83% təşkil edib.

İkirəqəmli artım tendensiyasını davam edərək ötən ilin analoji ayı ilə müqayisədə may ayında daşınan yüklərin/poçtun həcmi 22% artıb. Artım əsasən daxili reyslər (35%), Orta Şərq (31%), Şımalı Amerika (29%), Avropa (24%) və Afrikanın (22%) hesabına baş verib.

Şimali Amerika, Afrika və Uzaq Şərq üzrə göstəricilər müvafiq olaraq 5, 3 və 1 faiz bəndi artıb.

Cari ilin yanvar-may dövründə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 17% və 19% artıb. Aviaşirkətin ümumi sərnişin axını 29,3 milyona çatıb.

Yanvar-may aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 5 faiz bəndi artaraq 80,7%-ə çatıb. Bununla belə, aviaşirkətin tarixində ilk beş ay ərzində rekord yüklənmə səviyyəsi nümayiş etdirilib. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 5 faiz bəndi artaraq 80%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 2 faiz bəndi artaraq 85%-ə çatıb.

May ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində 2018-ci ilin yanvar-may aylarında bu göstərici 30% artaraq 545 min ton təşkil edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Google" Azərbaycandakı bazar payının 10 faizdən çoxunu itirib

02-09-2025

"Yandex" Azərbaycandakı bazar payının 13 faizini itirib

02-10-2025

Azərbaycanda noutbukların bazar payı artıb

03-07-2019

"Instagram" Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

01-10-2025

Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

01-09-2025

"Facebook" bir ildə Azərbaycandakı bazar payının 42 faizini itirib

02-04-2026

"YouTube" Azərbaycandakı bazar payının 72 faizni itirib

01-09-2025

"Instagram" 2 ayda Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

03-02-2026

"X" bir ayda Azərbaycandakı bazar payının 77 faizini itirib

03-11-2025

"Google Gemini"nin Azərbaycandakı bazar payı artıb

05-01-2026

Azərbaycanda "Facebook"un bazar payı artıb

03-07-2019

Azərbaycanda mobil cihazların bazar payı son beş ayda azalıb

03-12-2025

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

05-02-2025

Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb

01-10-2020

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019

Azərbaycanda mobil cihazların bazar payı son azalıb

03-11-2025

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

01-08-2025

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı artıb

01-08-2022

"Twitter" Azərbaycanın sosial media məkanında liderlik edir

02-03-2021

İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

30-04-2020

Facebook istifadəçiləri fəallığını itirir

04-08-2019

Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb

09-05-2026

Azərbaycanda kompüterlərdə "ChatGPT"nin payı azalır

02-09-2025

"ChatGPT" 3 ayda Azərbaycandakı bazar payının 12 faizini itirib

03-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə