Twitter-də 20 milyardıncı ismarıc yerləşdirilib

03-08-2010 / 02:03
Twitter sosial şəbəkəsi öz səhifələrində 20 milyardıncı yubiley ismarıcın yerləşdirildiyini elan edib. Tanınmış mikrobloqlar servisi üçün mühüm göstərici şənbə günü əldə olunub. Yubiley ismarıcın müəllifi isə Tokio şəhərində yaşayan 30 yaşlı qrafik dizaynerdir.
Twitter-in həmtəsisçisi Evan Uilyamsın sözlərinə görə, 10 milyardıncı ismarıc nöqtəsinə çatmaq üçün servisə dörd il tələb olunub, bu göstəricini iki dəfə artırmaq üçün isə cəmi beş ay kifayət edib.
Xatırladaq ki, cari ilin mart ayında Twitter mikrobloqlar servisi 10 milyardıncı ismarıcın yerləşdirildiyini bildirmişdir.
Bu gün Twitter-in dünya üzrə 100 milyona yaxın istifadəçisi var.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə