Bir müddət əvvəl məlumat vermişdik ki, Twitter şəxsi mesajlara qoyulmuş 140 simvol məhdudiyyətini aradan qaldırmağı planlaşdırır.
Xeberler.az xarici KİV-lərə istinadən bildirir ki, bu dəyişiklik artıq avqustun 12-dən Twitter-in bütün mobil proqramları, həmçinin sosial şəbəkənin saytından yazan istifadəçilər üçün əlçatandır.
İndi istifadəçilər öz aralarında istənilən uzunluqlu mətnlər paylaşa bilər.
Standart ictimai mesajlara qoyulmuş məhdudiyyət (140 simvol) isə saxlanılır.
Qısa mesajlarla paylaşmağa imkan verən Twitter mikrobloqlar xidməti 2006-cı ilin iyulunda istifadəyə verilib. 2011-ci ildə xidmətin aktiv istifadəçilərinin auditoriyası ilk dəfə 100 milyonu ötüb.
Hazırda bu göstərici təxminən 302 milyon nəfər təşkil edir. Bütövlükdə “Twitter”də 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri