XEBERLER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yanvar tarixində Facebookun yaradıcısı Mark Zuckerberg-in Facebookda olan http://www.facebook.com/markzuckerberg "fanat" səhifəsində qəribə ismarıc yayımlanıb. İsmarıcın mətnini olduğu kimi diqqətinizə çatdırırıq:
"Gəlin xakerliyə başlayaq: Əgər facebookun bank əməlliyyatı olmadan gəlir əldə etmək niyyəti varsa onda Facebook niyə istifadəçilərinə sosial yolla maliyyə yatırmağa icazə vermir? Nəyə görə Facebooku Nobel Mükafatı qalibi Məhəmməd Yunusun izah etdiyi "sosial biznes"ə çevirməyək? Bəs siz nə fikirləşirsiniz?"
Məsələnin maraqlı tərəfi odur ki, ismarıc göndərildikdən dərhal sonra 1800 "bəyəndim" və 500-ə yaxın şərh yazılıb.
Təbii ki, ismarıcın Zuckerberg tərəfindən göndərilmədiyi tamamilə aydındır. Səhifə xakerlər tərəfindən hack olunub. Bundan xəbərdar olan Facebook adminstrasiyası səhifənin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri