Xeberler.az “AzərTAc”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımının Protokol Xidməti son günlər internetdə “twitter” sosial şəbəkəsində guya Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya məxsus olduğu iddia edilən profilin (www.twitter.com/firstladyaze) yaradılması və bu profildən şəbəkə istifadəçiləri ilə intensiv yazışmalar aparılması barədə məlumat yayıb. Məlumatda deyilir:
“Bu saxta profilin və yazışmaların Mehriban xanımın həyata keçirdiyi çoxsahəli fəaliyyətinə heç bir aidiyyəti olmadığını xüsusi vurğulamaq istərdik. Belə əsassız məlumatların ictimaiyyətin diqqətinə çatdırılmasının ən azı məsuliyyətsizlik olduğunu bildiririk.
Nəzərə almaq lazımdır ki, Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada özünün xeyriyyəçilik fəaliyyəti ilə tanınan bir şəxsiyyətdir.
Mehriban xanım Əliyevanın adından istifadə edərək internet məkanında saxta profillərin yaradılması və onun adından yazışmaların aparılmasını birinci xanımın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk.
Azərbaycan Respublikasının birinci xanımının Protokol Xidməti adından rəsmi olaraq bildiririk ki, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adının qeyd olunan sosial şəbəkəyə heç bir aidiyyəti yoxdur.”
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri