Previous Next
Bağla

Ali baş komandan İlham Əliyev DTX əsgərlərinin andiçmə mərasimində iştirak edib

17-09-2018 10:10
Ali baş komandan İlham Əliyev DTX əsgərlərinin andiçmə mərasimində iştirak edib

Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Xeberler.az  AZƏRTAC-a istinadən  bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydular.

Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə etdi.

Prezident İlham Əliyev şəxsi heyəti salamladı. Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirildi.

Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi. Daha sonra gənc əsgərlər and içdilər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək dedi: Əziz əsgərlər, sizi hərbi and içməyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın qarşısından keçdi. Gənc əsgərlərin and içmə mərasimində iştirak edən valideynlər Prezident İlham Əliyevlə görüşüb söhbət etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024

Prezident İlham Əliyev and içib, mərasimdə nitq söyləyib

14-02-2024

Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

30-09-2025

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

İham Əliyev and içib

18-04-2018

Dövlət Xidmətinin şəxsi heyəti Anım Gününü qeyd edib

27-09-2024

Milli Müdafiə Universitetinə rektor təyin olunub

30-06-2022

Dövlət Xidməti Anım Günü ilə bağlı tədbir keçirib

27-09-2025

Prezident Xocalı abidəsini ziyarət edib

26-02-2018

İlham Əliyev səs verib

11-04-2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017

Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub

25-09-2025

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər

02-10-2023

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017

XRİTDT-nin hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb

27-01-2025

Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilib

26-09-2025

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024

Birinci vitse-prezidentdən "Instagram"da Cəbrayıl paylaşımı

04-10-2020

İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər

02-10-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

08-05-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib

23-12-2021

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə