ULTRA “Xalq kompüteri” layihəsinə dəstək verəcək

25-06-2010 / 09:39

 Ölkənin İnformasiya Texnologiyaları və inteqrasiya həllərinin tətbiqi üzrə fəal çalışan Ultra şirkəti “Xalq kompüteri” layihəsinə dəstək verəcək. Beləki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsinin ölkədə daha da kütləviləşməsi və verilən kompüterlərin imkanlarının daha da artırılması üçün ULTRA şirkəti proqram çərçivəsində təqdim olunan kompüterləri Microsoft Korporasiyasının bu proqram üçün xüsusi imtiyazlı lisenziyalı proqram təminatları ilə təchiz edəcəkdir.

 

Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqramları güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

 
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na tam uyğundur.

Qeyd edək ki, indiyə  kimi “Xalq kompüteri” layihəsi çərçivəsində 7695 kompüter alınıb.

ULTRA şirkəti Microsoft Korporasiyanının və HP Korporasiyanın Azərbaycanda Gold Partner statusuna malikdir.

 

Hacıbəy Heydərli

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə