14-16 Avqust tarixində İnternet və media layihələrinin inkişafına kömək məqsədilə keçirilən "Barkamp Azərbaycan" qeyri-konfransı başa çatsa da tədbirin əsas dəstəkçilərindən biri olan Unibank-ın təşkilatçılığı ilə, konfrans çərçivəsində keçirilən “UNİBANK və BARKAMP-a aid ən yaxşı sloqan” müsabiqəsi dünən yekunlaşıb.
Müsabiqə şərtlərinə görə UNİBANK və BARKAMP-a aid ən yaxşı sloqanın müəllifi Unibank tərəfindən Visa Electron və ya MasterCard Maestro plastik kartını əldə etmək imkanı qazandı.Bu kartlara sığorta lazım olmadığından, Unibank tərəfindən 50AZN dəyərində məbləğ də kartlara əlavə olunacaq.
Artıq müsabiqə başa çatıb, qalib gələn şəxsin adı Ellada Mustafayeva, təqdim etdiyi şüar isə "BarCamp+Unibank=Bahooo!" Sevindirici haldır ki, Ellada Mustafayeva həm də xeberler.az saytının redaktorudur.
Məlumat üçün bildirək ki, Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANKın (1994) birləşməsi nəticəsində yaranmışdır.Hal-hazırda bu bank Azərbaycanın ən etibarlı banklarından biri kimi nüfuz qazanıb. Bankın son zamanlar fəaliyyətində gənclərə dəstək verən layihələrdə iştirakı təqdirəlayiq haldır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri