Previous Next
Bağla

Unibank mobil bankçılıq xidmətini təkmilləşdirir

29-07-2016 15:01
Unibank mobil bankçılıq xidmətini təkmilləşdirir

Unibank ASC mobil bankçılıq xidmətində yeniliklər edib.

Xeberler.az-ın banka istinadən verdiyi xəbərə görə, indi "Unibank Mobile" xidmətində əsas ekran daha rahat və xidmətlərə seçim imkanlı olub.

Unibank Mobile-dan istifadə edən hər kəs, öz smartfonunda daha çox istifadə etdiyi bank xidmətlərini seçərək, əsas ekrana yerləşdirə bilər. Azərbaycan mobil bankçılığında ilk dəfə müştəri menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləyə bilər. Bu, müştərinin bank xidmətinə birbaşa çıxışını təmin etməklə yanaşı, vaxtına da xeyli qənaət edir.

Unibank Mobile-da edilən digər dəyişikliklə Unibank-da krediti olan ailə üzvünün, dostunun kreditini telefondan ödəmək imkanı yaranıb. Bunun üçün “Ödənişlər” bölümündə yeni “Kredit ödə” bölümü yaradılıb. Kreditini ödəmək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin PIN kodunu və müqavilə nömrəsini yazaraq, hesabınızdan onun kreditini ödəyə bilərsiniz.

Daha bir yenilik isə Unibank Mobile-a daxil olduğunuz parolu dəyişmək imkanının yaradılmasıdır. Bunun üçün menyudan “Ayarlar” bölümünə daxil olub şifrəni dəyişə bilərsiniz.

Son yenilənmələrdən sonra Unibank Mobile-da əsas ekranın yüklənməsi, eləcə də əməliyyatlar daha sürətli olub. Unibank mobil bankinq xidmətini davamlı olaraq təkmilləşdirməkdə davam edəcək. 

Unibank Mobile istifadəçilərinə hədiyyələr də qazandırır. Bankın Unibank Mobile əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.

Lotereyada 2 ədəd İphone 6S 16 GB Space Grey, 2 ədəd Dinamik Bose SoundLink Mini Bluetooth II, 5 ədəd 100 manatlıq Albukart, 15 ədəd 50 manatlıq Albukart oynanılacaq.

Oktyabrın 12-dək davam edəcək lotereyanın 24 qalibi olacaq. Unibank Mobile əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.

Lotereya müddətində Unibank Mobile əlavəsini yükləyərək 12 iyul-12 oktyabr tarixləri arasında minimum 1 əməliyyat edən müştərilər də böyük hədiyyələr qazanmaq şansı əldə edəcəklər. 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İphone 6S-i pulsuz necə almaq olar?

10-08-2016

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

Unibank Facebook istifadəçiləri üçün yenilik edib

29-06-2016

Unibank Facebook istifadəçiləri üçün viktorina keçirir

18-12-2015

Unibank-ın Facebook səhifəsi yüksək qiymətləndirilib

28-02-2016

Unibank müştəriləri telefonla hesablarına necə nəzarət edə bilər?

11-02-2016

“UNİBANK və BARKAMP-a aid ən yaxşı sloqan” müsabiqəsi yekunlaşdı

25-08-2009

Unibank kartına sahib olanlara yeni yaradılan Mərkəzdən güzəştlər

28-09-2015

Unibank öz pulköçürmə sistemini yaradıb

20-10-2016

Unibank vətəndaşlar üçün daha innovativ elektron xidmət hazırlayır

16-10-2015

Unibankda internet bankinq Asan oldu

21-07-2017

Bakcell və Unibank-dan yeni kart - Albukart

16-02-2016

«Unibank» xüsusi telefon xidmətini istifadəçilərə təqdim edib

09-09-2009

Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

17-11-2015

Unibank internet-banking xidmətini təkmilləşdirib

22-10-2015

«UniBank» SMS məlumatlandırılması sahəsində yeni xidmətlər təqdim edib

04-08-2009

Uber ilə səyahət edən Mastercard və Unibank istifadəçiləri üçün yenilik

04-10-2016

"Nar Mobile-dan Hədiyyə Yağışı!" kampaniyasının ilk qalibləri

22-12-2010

ALBUKART indi cəmi 3 AZN-ə

25-10-2016

Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!

04-03-2025

Məlumat mərkəzinin yaradılmasına 350 min manat xərclənib

06-10-2015

Nar Mobile növbəti beynəlxalq rominq sazişlərini imzalayıb

11-11-2009

"Rabita Mobile ilə ödə və hədiyyələr qazan" lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi

21-12-2023

Golden Pay şirkətində yeni təyinatlar

08-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə