Previous Next
Bağla

Gəncədə “Barkamp Azərbaycan 2009” qeyri-konfransı öz işinə başladı

14-08-2009 10:18
Gəncədə “Barkamp Azərbaycan 2009” qeyri-konfransı öz işinə başladı

Bu gün, avqust ayının 14-də Gəncədə “Barkamp Azərbaycan 2009” qeyri-konfransına start verilir.

Avqust ayının 16-dək davam edəcək tədbirin əsas məqsədi İnternet və media layihələrinin inkişafına kömək etmək, Yeni və Ənənəvi Media mütəxəssisləri arasında təcrübə mübadiləsi yaratmaq, yeni internet layihələrini tanıtmaq, eləcə də İT və media mütəxəssisləri arasında müxtəlif mövzularda müzakirələr təşkil etmək, “start-up” tipli, o cümlədən mövcud İnternet və Yeni Media layihələrinin inkişafı üçün müxtəlif biznes və qeyri-biznes qurumları ilə gənclər arasında əlaqənin qurulmasına kömək etməkdir.

HP şirkəti, Soros Fondu, Azərbaycan İnternet Forumu (AİF) eləcə də Nexus, UniBank tərəfindən dəstəklənən qeyri-konfransda Azərbaycanın müxtəlif bölgələrindən 200-250- yə yaxın İT və Yeni Media mütəxəssislərinin, jurnalistlərin və bu sahələr ilə yaxından maraqlanan gənclərin iştirakı gözlənilir.

“BarKamp Azərbaycan 2009” -un informasiya dəstəyi isə xeberler.az və mak.az saytlarına aiddir.Biz də öz növbəmizdə, informasiya dəstəkçisi olaraq,“BarKamp Azərbaycan 2009” -da baş verən bütün yenilikləri mütəmadi olaraq sizinlə bölüşməkdən məmnunluq duyuruq.

Xatırladaq ki, BarKamp Azərbaycanda ilk dəfə 2008-ci ildə, 29-31 avqust tarixində Lənkəran şəhərində keçirilmişdir. 2009-cu ildə, 27-29 mart tarixində isə Qafqaz Universitetində Beynəlxalq dərəcəli “BarCamp Caspian” təşkil olunmuşdur. 15 ölkədən iştirakçıların qoşulduğu bu tədbirdə ümumilikdə 450-dən çox şəxs iştirak etmişdir

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“BarKamp Azərbaycan 2009”-a sayılı günlər qaldı

06-08-2009

“BarKamp Azərbaycan 2009”-da notbuk udmaq şansını qaçırma!

11-08-2009

“BarKamp Azərbaycan 2009” sabahdan start götürür

13-08-2009

“BarKamp Azərbaycan 2009” yekunlaşdı!

18-08-2009

Gəncədə keçiriləcək BarKamp 2009-a qeydiyyat başlanılıb

03-08-2009

“Barkamp Azərbaycan 2009” -un keçirilmə tarixi müəyyənləşdi

17-07-2009

BarKamp başladı

30-08-2008

BarKamp Azərbaycan

29-08-2008

“UNİBANK və BARKAMP-a aid ən yaxşı sloqan” müsabiqəsi yekunlaşdı

25-08-2009

BarCamp Caspian 2009da iştirak üçün xarici ölkə nümayəndələri Bakıya gəlməkdədirlər

26-03-2009

Azərbaycanın Onlayn Marketinq Jurnalının növbəti –Yay görüşü keçirildi

27-07-2009

Körpü Camp layihəsinin təqdimatı keçirildi

17-04-2009

“Barcamp Central Asia 2009” Qazaxıstanda baş tutacaq

13-04-2009

“Barcamp Caspian 2009” öz işinə başladı!!!

28-03-2009

BarCamp Caspian 2009-a sayılı günlər qaldı!!!

25-03-2009

Barcamp Caspian-ın dəstəkçiləri artır

04-03-2009

“Barcamp Caspian 2009” başa çatdı!!!

30-03-2009

BLOQOSFER 2011-Ə QEYDİYYAT BAŞLANDI

22-07-2011

BarCamp Caspian 2009 ilə bağlı tədbir keçirildi

12-03-2009

KörpüKamp layihəsi başa çatdı

18-05-2009

Sumqayıt şəhərində “BarCamp Caspian 2009”-un təqdimatı oldu

24-02-2009

Barcamp Caspian 2009 öz işini uğurla davam etdirir

29-03-2009

“Bloqosfer 2011” üçün regional tərəfdaş təşkilatı seçimi müsabiqəsi davam edir

05-05-2011

Media ilə bağlı kitabların təqdimat mərasimi keçiriləcək

09-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə