Previous Next
Bağla

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025 11:06
Uqandalı nazir “ASAN xidmət”də olub

Ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Görüş zamanı Uqandada “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış Xidmət Mərkəzlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilib.

Uqandalı nazir ölkəsindəki Xidmət Mərkəzlərinin fəaliyyəti nəticəsində vətəndaş məmnunluğunun artdığını qeyd edərək Azərbaycan tərəfinə göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb. Həmçinin o, vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını təmin edən Səyyar ASAN xidmət təcrübəsinin də Uqandada tətbiqində maraqlı olduğunu bildirib.

Xatırladaq ki, hazırda Uqandada “ASAN xidmət” təcrübəsi əsasında 6 mərkəz fəaliyyət göstərir.

Nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də olublar

30-07-2025

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

10-07-2025

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

İraqın rabitə naziri "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub

04-12-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

28-11-2025

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025

Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də olublar

20-05-2026

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

26-09-2025

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə