USB 3.0 tam hazırdır

18-11-2008 / 11:00
Dünən Universal Serial Bus – USB 3.0 texnologiyasının yekun texniki xüsusiyyətləri dərc olunub. USB 3.0 vasitəsi ilə məlumat mübadiləsinin nəzəri sürəti 4,8 Qb/san-dək çatdırıla bilər ki, buda USB 2.0-ın təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur.
Bundan əlavə yeni standartın enerji sərfiyyatı baxımdan əvvəlkindən daha effektiv olacağı gözlənilir.
Ekspertlərin proqnozlarına əsasən USB 3.0 gələn ilin sonuna kimi kompüterlərin tərkibinə daxil olunacaq. USB standartında dəyişməyən yeganə çatışmamazlıq kompüter prosessorunun çox yüklənməsidir. Lakin, Cybersecurity-nin  məlumatına əsasən, tərtibatçıların sözlərinə görə portun məhsuldarlığı eSATA və IEEE 1394c standartlarının məhsuldarlıq səviyyəsini geridə qoyur ki, USB 3.0 sürət xüsusiyyətləri boş resursların bir hissəsi ilə bölüşməyə imkan yaradır. Bundan əlavə USB 3.0 daha uzun birləşdirici kabellərlə işləmək imkanına malik olacaq, lakin bununla yanaşı yeni standartın bu imkanı onun bütün əvvəlki USB-lərlə uyğunluğuna mane olmayacaq. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə