Super Talent USB yaddaş kartlarının yeni seriyasını təqdim edir

30-10-2008 / 20:18

Super Talent, USB yaddaş kartlarının yeni seriyasını təqdim edir. Orijinal məhsulları ilə seçilən Super Talent şirkəti 13, 32 və 64 Qb yaddaş həcminə malik yeni Luxio USB yaddaş kartlarını təqdim edib. Yaddaşının kifayət qədər çox olmasına baxmayaraq qurğunun ölçüləri 21x76,5x9,5 mm-dir. Yeni məhsullar şifrələrlə yüksək qorunma imkanları ilə təchiz edilmişdir. Qurğular müasir xarici görünüşə malikdir və üç rəng çalarında - qara, boz və ağac rəngində istehsal olunur. Məlumatların ötürülməsi sürəti isə 30 Mb/s təşkil edir. Super Talent Luxio qurğularının yaxın günlərdə satışa buraxılacağı gözlənilir. Qiymətlərə gəldikdə isə, 64 Gb-lıq kartın dəyəri 149$ olacaq.

xeberler.az/A.Anar


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə